Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda elektriklə işləyən maşınların satışına başlanıldı - FOTOLAR

Bakıda elektriklə işləyən maşınların satışına başlanıldı - FOTOLAR


Ekoloji təmiz avtomobillərdən olan “Tesla” avtomobilləri artıq Bakıdadır.



Azərbaycan Avtomobil Federasiyasından "Trend"-ə verilən məlumata görə, bu avtomobilləri “GreenCar”- elektrik nəqliyyat vasitələrinin satış Mərkəzindən əldə etmək olar.



Xatırladaq ki, Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə fəaliyyət göstərən “GreenCar” MMC ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihənin həyata keçirilməsinə başlayıb. Layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir. “GreenCar” MMC-nin tezliklə açılacaq elektrik nəqliyyat vasitələrinin satış mərkəzində ekoloji təmiz avtomobillərin ilk nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür. “Port Baku Mall”da fəaliyyət göstərəcək “GreenCar” Mərkəzində ilkin olaraq “Tesla Model S” avtomobilləri sərgilənəcək və onların satışı təşkil ediləcək. Bu layihənin həyata keçirilməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətindəki ekoloji təşəbbüslərə dəstək olmaqla, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Mərkəzdə təqdim olunan elektrik avtomobilləri ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələri ilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək göstərir. Bakıya gətirilən “Tesla Model S” avtomobillərinin fotosessiyasını təqdim edirik. Avtomobillərin texniki göstəriciləri və satış barədə ətraflı məlumatı Azərbaycan Avtomobil Federasiyasının saytından və “GreenCar” MMC-nin Facebook səhifəsindən əldə etmək mümkündür.

  


Teqlər:
Bu xəbər cəmi 1200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR