Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Zon”dakı doğum qalmaqalı bitmir: Aslanov Mədət Quliyevi hədəfə gətirdi

“Zon”dakı doğum qalmaqalı bitmir: Aslanov Mədət Quliyevi hədəfə gətirdi


Kənd Təsərrüfatı Nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunu öldürən məhkum Lamiyə Quliyevanın ana olması ilə bağlı qalmaqal böyüyür.



Həbsxanada uşağın dünyaya gəlməsi barədə əsas fikir onu Aslan Aslanovun qisasçılıq məqsədi ilə zorlatdırması idisə, bu gün məhkumun ötən qış Kürdəxanı təcridxanasında təcridxana nəzarətçilərlə intim münasibətdə olması barədə məlumatlar yayılıb. İnformasiyalarda deyilir ki, guya, bu, məhkumun öz istəyi ilə baş tutub və təcridxananın rəhbərliyinin də bundan xəbərdar olub.



 



Penitensiar Xidmət isə 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lamiyə Quliyevanın yaxın qohumları ilə qısa və uzunmüddətli görüşlərdə olduğu ilə bağlı açıqlama yayıb. Açıqlamanın məğzi budur ki, Lamiyə öz yaxın qohumlarından da hamilə qalmış ola bilər.



 



Məsələ ilə bağlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov AzNews.az-a bildirib ki, uzunmüddətli görüşlərə məhkumun valideynləri və əri buraxıla bilər, Lamiyənin də əri olmadığına görə məsələnin bu hissəsi qaranlıq qalır:



"Uşaq dünyaya gətirmək Lamiyənin də haqqıdır. Amma bizi maraqlandıran tək şey onun təcavüzə məruz qalıb-qalmamasıdır. Bunu da aydınlaşdırmaq üçün Lamiyənin özünə müsahibə vermək üçün şərait yaratmalıdırlar”.



 



 



Komitə rəhbəri bir ildən çoxdur ki, aparılan araşdırmanın hələ də bir nəticə verməməsinin məsələnin qaranlıq tərəflərindən biri olduğunu qeyd edib.



 



Məlumdur ki, uşağın atasının kimliyi barədə şübhələr varsa, uşağın analizləri ilə atası olma ehtimalı olan şəxslərin analizləri tutuşdurulur, DNK analizi verilir və 2 ay yarım müddətində dəqiq cavab deyilir. Əgər həqiqətən də Lamiyə öz yaxın qohumları ilə uzunmüddətli görüşlərdə olubsa, cəzaçəkmə müəssisəsində və İstintaq təcridxanasında həmin şəxslərin kimliyi ilə bağlı məlumatlar var. Yayılan məlumatlardakı kimi Lamiyə öz istəyi ilə kişi nəzarətçilərlə intim münasibətdə olubsa, həmin şəxslərin kim olduğunu da bilir. Belə olduğu halda uşağın 3 aydır ki, dünyaya gəlməsinə baxmayaraq niyə DNK analizləri çıxarılmır?



 



Hüquq müdafiəçisi Novella Cəfəroğlu da qalmaqallı məsəlı ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirib. O, Aznews.az-a açıqlamasında bildirib ki, hər şeydən əvvəl, nəzarətçilərin məhkumlarla intim münasibətdə olması qanunla qadağandır: "Əgər hətta Lamiyə öz istəyi ilə olsa belə onlarla münasibətdə olubsa, yenə də nəzarətçilərin kimliyi müəyyənləşdirilməli, işdən azad olunmalı və məsuliyyətə cəlb olunmalıdır”.



 



 



Penitensiar Xidmət isə suallara hələ ki, aydın şəkildə cavab vermir.



Çünki bütün hallarda günahın mərkəzində general Mədət Quliyevin rəhbərlik etdiyi qurum dayanır. Əgər Lamiyə doğrudan da zorlanıbsa, - hansı ki, daha çox bu versiya həqiqətə uyğun hesab edilir, onda Aslan Aslanovun əlinin bura necə uzanması sualına cavab tapılmalıdır. Yox əgər, bu gün yayılan məlumatlar doğrudursa, onda Penitensiar Xidmət əməkdaşlarının niyə indiyə kimi cəzalanmaması sualı doğur.



 



Qeyd edək ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2 il əvvəl isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.



 



Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.



 



Onu da xatırladaq ki, Aslanovun oğlunun qatili kimi həbs olunan şəxslərə həbsxanada mənəvi və fiziki işgəncələr verdirməsi ilə bağlı mətbuatda dəfələrlə məlumatlar yayılıb. Azərbaycanda bir nəfəri qətlə yetirməyə görə ömürlük həbs cəzası tətbiq olunmadığı halda Vüqar İsmayılovun ömürlük həbsinə nail olub. Eyni zamanda 10 il müddətinə azadlıqdan məhrum edilmiş Lamiyə Quliyevanı müxtəlif ittihamlarla yenidən mühakimə edilib, ona əlavə olaraq 3 il də iş kəsdirib. (AzNews.az)


Teqlər:
Bu xəbər cəmi 1685 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR