“Nağdsız ödənişlər bələdiyyələri iflic vəziyyətinə salıb”.
Bunu millət vəkili Hacı Qalib Salahov Milli Məclisin Regional məslələr üzrə komitəsinin iclasında “Bələdiyyələrin statusu haqqında” qanunun 43-cü maddəsinə edilən dəyişikliklərin müzakirəsi zamanı deyib: “Mən təkcə Bilgəh bələdiyyəsi haqqında deyə bilərəm ki, bu qanuna dəyişiklik qüvvəyə mindikdən sonra bələdiyyə bir qəpik də olsun bankdan pul ala bilmir. Nərticədə, Bilgəh bələdiyyəsi əmək haqqı verə bilmədiyindən 28 işçisindən 20-ni işdən azad etmək zorunda qalıb.Biz bununla dövlətə yardım etmirik, əksinə müəyyən problemlər yaradırıq. Biz işsizlik ordusunun artmasına xidmət edirik. Odur ki, biz bu məsələyə baxıb ciddi nəticələr çıxarmalıyıq.”
Millət vəkili onu da əlavə etdi ki, “düzdür, çox vaxt mənim səsləndirdiyim fikirləri düzgün başa düşülmür və başqa cür yozrular. Amma əslində mən hakimiyyəti dəstəkləyirəm. Amma mənə bu fikirlərimə görə müxalifətçi demək düzgün deyil. Bu yanlış fikridir. Biz yaranmış problemləri həlli edib düzgün yol tapmalıyıq.”
Millət vəkili Azər Badamov isə hesab edir ki, bələdiyyələrin təkmilləşməsinə ehtiyac var və qanuna dəyişiklik də bu istiqamətdə atılan zəruri addımlardan biri idi: “Bələdiyyələrdə olan ixtisarlara gəldikdə isə bu təbii haldır. Rentabelli işləməyən bələdiyyələr daha effektli idarəetmə mexanizmi yaratmalıdırlar.”
Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə nağdsız vergi toplanması bələdiyyələrin fəaliyyətinə problem yaratmasını etiraf edərək bildirdi ki, ola bilsin bu problem bir müddət davam edəcək:
“Ona görə də bələdiyyələırin bu məsələdə üzərlərinə ciddi məsuliyyət düşür. Onlar əhali arasında ciddi maarifləndirmə işi aparsalar problem tez bir zamanda aradan qalxa bilər.”
M. Səlimzadənin qənaətincə, əhalinin bələdiyyələrə vergi ödəməməsinin əsas səbəbi bələdiyyələrin vaxtında göstərdiyi neqativ fəaliyyət olub ki, indi də əhali hələ də bələdiyyə inanmır. Ona görə də bələdiyyə fəaliyyətinin gücləndirməlidir.
Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Əbülfəz Babayev də bildirdi ki, maliyyə olmadan bələdiyələrin fəaliyyətində ciddi problemlər yaranacaq: “Artıq bu problemin həll olunması istiqamətində Bələdiyyə Assosasiyaları müvafiq dövlət qurumları ilə işlək mexanizm üzərində iş aparır ki, səmərəli bir mexanizm tapsın.”
Ə. Babayev də hesab edir ki,əhali arasında maarifləndirmə işinə ciddi ehtiyac var.
Regional məsələlər üzrə Komitənin sədri Arif Rəhimzadə isə bildirdi ki, bələdiyyə üzvləri tənbəllik edib yatırlar və gözləyirlər ki, əhali gəlib onunçün vergi ödəcəyək:
“Bu bələdiyyələr tərəfindən düzgün olmayan yanaşmadır. Onlar özlərinə əziyət verib əhali arasında təbliğat işi aparmalı və onları inandırmağa çalışmalıdır. O zaman problem öz həllini tapacaq.”
Komitə sədri onu da əlavə etdi ki, effektiv mezxanizm tapılmalıdır:
“Bu dəyişiklik bələdiyələrdəki koorupsya faktının aradan qaldırılmasısna xidmət etdiyindən düzgün addımdır.”