Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin bugünkü buraxılışında aparıcılar Sevinc və Sevil bacılarının Azərbaycan manatını təhqir edən hərkətə yol verilməsinə münasibət bildirib.
Hafiz Hacıyev Oxu.Az-a deyib ki, Sevil-Sevinc bacıları ilə üzbə-üz gəlsə onların üzlərinə tüpürəcək.
Partiya sədri qeyd edib ki, onların televiziyada canlı yayımda Azərbaycanın milli manatını cırması Azərbaycan xalqını təhqir etmək deməkdir.
“Biz bilmirik o bacılar hansı barda tərbiyə alıblar, ama onların canlı efirdə milli manatı cırması Azərbaycan Konstitusiyasını, Azərbaycan xalqını təhqir etmək deməkdir. Onlar o tərbiyəyə malikdirlər ki, çıxıb canlı efirdə Azərbaycanın milli manatını cırırlar. O bacıların hələ ki, ölkəmiz üçün bir qəpik də olsun xeyri dəyməyib. Belə şeyləri mən kəskin pisləyirəm”.
Hafiz Hacıyevin sözlərinə görə, Sevil-Sevinc bacıları etdiyi hərəkətlərinə görə, qınaq obyektinə çevrilməlidirlər.
“Onlara ümumiyyətlə televizora, mətbuata buraxmaq lazım deyil, qoy həsrət qalsınlar televiziya üzünə. Kim istəyirsə özünə canlı efirdə müştəri yığsın, amma bu cür hərəkət etdiyi üçün onlar qınaq obyektinə çevrilməlidir.
Getsinlər özlərinə saunalarda, barlarda yer tapsınlar. Sonra baxaq görək onlar özlərini harda reklam edəcəklər. Sevil-Sevinc bacıları bilməlidirlər ki, Azərbaycanı təhqir edən adamın qulağı kəsilir. Ümumiyyətlə o insanlara salam verməmək, üzlərinə bütün qapıları bağlamaq lazımdır. Onlar el qınağına tuş gəlməlidirlər”.