Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatılarına Dövlət Dəstəyi Şurası Bərdədə rayon İcra Hakimiyyəti başçıları yanında ictimai şuraların yaradılması ilə bağlı seminar keçirib.
Daxil olan məlumata görə, seminarı Bərdə rayon İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini Fəqət Şadlinskaya açıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının referenti Qalib Nəbiyev seminarın məqsədini açıqlayıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev mövzu ilə bağlı çıxış edib, seminar iştirakçılarının suallarına ətraflı cavab verib.
Seminar diskussiya şəraitində keçib.