İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış edərək əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə ölkəmizdə genişmiqyaslı işlər həyata keçirildiyini bildirib, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunduğunu vurğulayıb.
Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə danışan Alı Alıyev qeyd edib ki, İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun qazlaşdırılması yaxın günlərdə başa çatdırılacaq və yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcəkdir. Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.
Bildirilib ki, 3 №-li Qayıdış qəsəbəsinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbədə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.
Qeyd edilib ki, 200 abonentin olduğu 3 №-li Qayıdış qəsəbəsinə 7816 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilib, 200 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.