“Şəhidlərimizə, dövlətimizin müstəqilliyi ugrunda canından keçən insanlara hörmətsizlik haqda yayılan xəbərlər bizi təəssüfləndirir. Çünki, “Park Cinema” həmişə bu məqamlara xüsusi diqqət yetirirb. 20 Yanvar günü bütün ümumxalq matəm günlərində oldugu kimi, repertuarımıza komediya janrında film salmırıq. Bu dəfə də istisna olmadı. Hətta bu dəfə həmin gün kinoteatrlarımızın ziyarətçilərinə rejissor Vahid Mustafayevin çəkdiyi “Qanlı Yanvar” filmi də təqdim olundu. “Park Cinema Kinoteatrlar” şəbəkəsinin bütün zallarında (Park Cinema Park Bulvar, Metropark, “Flame Towers”, Zaqulba) eyni cədvəl üzrə filmlər nümayiş olunub”.
Namiq Quliyev onu da əlavə edib ki, son repertuarda ancaq bir komediya filmi olub. “Xoxan” o da 20 yanvar günü cədvəllərdən çıxarılıb.
Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Fuad Muradov “Park Cinema” kinoteatrlarında “20 Yanvar Hüzn Günü” komediya filmlərinin nümayiş etdirilməsilə bağlı sosial şəbəkədə sərt münasibətini bildirmişdi.
Jurnalist Xaqani Səfəroğlu məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək Namiq Quliyevin təkzib açıqlamasına etirazını bildirib:
“Dünən saytlarda Milli Məclisin deputatı Fuad Muradovun 20 yanvar Ümumxalq Hüzn Günü “Park Sinema”da komediya filminin nümayişinə etirazını yəqin ki, oxumusunuz. Bu gün “Park Sinema”nın rəhbərliyi bunu təkzib edərək guya belə bir komediya filminin nümayiş edilmədiyini açıqlayıb. Təəssüf ki, faktlar bunun əksini göstərir. “Park Sinema”nın rəhbərliyi iddia edir ki, heç bir komediya filmi nümayiş olunmayıb. Əziz dostlar, təfərrüata varmadan 20 yanvar günü “Park Sinema”da “Vot tak podrujka” komediya filminə baxış üçün üçün satılan bileti sizə təqdim edirəm”.