Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Türmədə uşaq doğan qadın skandalı böyüdü - Şok açıqlamalar

Türmədə uşaq doğan qadın skandalı böyüdü - Şok açıqlamalar
Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirən Lamiyə Quliyevanın həbsdə uşaq dünyaya gətirməsi ajiotaj yaradıb.


 



Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, işgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudov “azxeber.com”a sensasion açıqlamalar verib.



 



“Cinayət işinin açılmasında israrlıyıq”



 



Komitə sədri deyib ki, Lamiyə Quliyevaya təcavüz olunduğunu düşünür: “Bu hadisə ilə bağlı cinayət işinin açılması üçün bu gün Respublikanın Baş Prokuroru Zakir Qaralova müraciət etmişəm. Lamiyənin kimdən uşaq dünyaya gətirməsi məsələsini gizlətməyə, ört-basdır etməyə çalışırlar. Mən bu hadisənin araşdırılmasını baş prokurordan tələb edəcəyəm”.



 



Hələlik L.Quliyeva ilə görüşmədiyini deyən E.Behbudov bu görüşün baş tutması üçün Ədliyyə naziri Fikrət Məmmədova da müraciət edəcəyini açıqlayıb.



 



Komitə sədri bildirib ki, Lamiyə ilə bağlı işgəncə iddiası varsa, bu hallar mütləq araşdırılmalı, baş verənlərə aydınlıq gətirilməlidir: “Bildirirlər ki, cəzaçəkmə müəssisəsində işgəncə, Lamiyənin iradəsinin əleyhinə olay baş verməyib. Bu təqdirdə penitensiar sistem uşağın dünyaya gəlməsi ilə əlaqədar təfərrüatlı rəsmi açıqlama verməlidir.



 



Əks halda, baş verənlərlə bağlı suallar açıq qalacaq. Biz cinayət işinin açılmasında israrlıyıq. Məni ittiham etməyə çalışanlar qapalı müəssisələrdə insanlara qarşı törədilən haqsızlıqlara, vətəndaşların hüquqlarının pozulmasına, işgəncələrə göz yummamalıdırlar”.



 



“Rəis və müavinləri yalnız kişidir”



 



Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov isə bildirib ki, Lamiyənin nişanlısı olmuş, hazırda ömürlük məhbus olan Vüqar Əliyev başqası ilə evlənib: 



“Vüqar Əliyev Lamiyə Quliyevanın əvvəllər nişanlısı olub. Həmin şəxs ömürlük həbs cəzasına məhkum edilməsinə baxmayaraq, artıq evlidir. O, həbsdə ola-ola ailə həyatı qurub, özünün başqa həyat yoldaşı var”.



 



V.Məhərrəmov L.Quliyevanın kimdən uşaq dünyaya gətirməsi barədə mətbuatda yayılan xəbərlərə də aydınlıq gətirib. Bildirib ki, həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada yalnız müəssisə rəisi və onun müavinləri kişidir:



“Qanunvericiliyə görə, məhkumun əmisi və yaxın qohumları görüş yerinə gələ bilərlər. Amma bu hadisənin Lamiyə Quliyevaya aidiyyəti yoxdur. Həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada qadın nəzarətçilər işləyir”.



 



V. Məhərrəmov cəzaçəkmə müəssisəsində zorlama hadisəsinin baş vermə ehtimalından da danışıb. Qeyd edib ki, şəxsin razılığı ilə baş tutan cinsi əlaqə zorlama deyil:



“Zorlama şəxsin iradəsinin əleyhinə baş verən bir hadisədir. Əgər şəxsin razılığı varsa, bu zorlama deyil. Əgər həmin şəxsin narazılığı yoxdursa, biz həmin məsələni araşdıra bilmərik. Əgər şəxsin cinsi əlaqədə olmaqla bağlı razılığı varsa, bu türmədə də nikahdan kənar baş verə bilər. Şəxsin özünün razılığı varsa, o istənilən adamla görüşə bilər. Amma cəzaçəkmə müəssisəsi strateji və məhdud bir yerdir”.



 



V.Məhərrəmov bildirib ki, cinsi əlaqənin qurula bilməsi üçün məhkumla uzunmüddətli görüş təyin olunmalıdır. Uzunmüddətli görüşdə isə yalnız məhkumun ailə üzvləri iştirak edə bilərlər: “Məhkumla görüş üçün xüsusi siyahı var.



O siyahıda isə məhkumun ailə üzvlərinin adları var. Qısa müddətli görüş zamanı məhkumun yanına hər kəs gələ bilər. Qısa müddətli görüşdə cinsi əlaqənin olması qeyri-mümkündür. Ümumi görüş otağında təxminən 10 nəfər üçün oturacaq olur. Uzunmüddətli görüşdə isə məhkum yalnız ailə üzvləri ilə iştirak edə bilərlər”.



 



Məlumat üçün bildirək ki, Vüqar Əliyev və onun nişanlısı Lamiyə Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.



 



,Xatırladaq ki, Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi barədə yayılan xəbərlərə münasibət bildirilib. Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov açıqlamasında adıçəkilən məhkumun şəxsi istəyi ilə övlad dünyaya gətirdiyini deyib.



 



 




Teqlər:
Bu xəbər cəmi 1290 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR