Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Millət vəkili: “Ölkədə dərman ən azı 25 faiz ucuzlaşacaq” - MÜSAHİBƏ

Millət vəkili: “Ölkədə dərman ən azı 25 faiz ucuzlaşacaq” - MÜSAHİBƏ


Azərbaycanda dərman idxalı və satışı ilə məşğul olan “Avromed” şirkətinin təsisçisi, Milli Məclisin deputat Cavanşir Feyziyev Teleqraf.com-un suallarını cavablandırıb. 



 



- Cavanşir müəllim, sizcə, Azərbaycanda dərman niyə belə bahadır? 

- Azərbaycanda dərmanların qiymətinin baha olması haqda deyilənlər həqiqətdir. Doğurdan da qonşu ölkələrlə müqayisədə bizdə dərmanlar yüksək qiymətə satılır. Ona görə də Milli Məclis “Dərman vasitələri haqqında” qanuna dərmanların qiymətini dövlətin tənzimləməsini nəzərdə tutan maddə əlavə etdi. Vətəndaşların maraqlarının qorunması baxımından bu dəyişiklik zəruri idi və bunu müsbət dəyərləndirirəm. Çünki hazırda dərman bazarında olan rəqabət mühiti qiymətlərin aşağı düşməsinə yox, daha da bahalaşmasına səbəb olur. Dövlət bu sahəyə müdaxilə etməli və qiymətləri tənzimləməlidir. 



 



Tənzimləmə zaman dərman preparatlarının qiymətinin ən yüksək həddi müəyyənləşəcək. Bazar iştirakçıları bundan sonra rəqabəti dövlətin müəyyənləşdirdiyi qiymət çərçivəsində apara bilərlər. Bu da kasıb, aztəminatlı insanların mənafeyinə uyğundur. 



 



- Dövlət tənzimləməsindən sonra dərmanların qiyməti ucuzlaşacaqmı?

- Hesab edirəm ki, dövlət tənzimləməsindən sonra dərmanların qiyməti ən azı 25 faiz ucuzlaşacaq. Bu da vətəndaşların il ərzində dərmana təxminən 150-200 milyon manat az pul xərcləməsi deməkdir. 

Hazırda Azərbaycan vətəndaşları il ərzində dərmana 600-700 milyon manat pul xərcləyirlər. Gətirdikləri dərmanları dövlətin müəyyənləşdirdiyi qiymətə sata bilməyən, bu çərçivədə rəqabət aparmağı bacarmayan şirkətlər sıradan çıxacaq. Bu, təbiidir.



 



- İnsanlar qiymətlərlə yanaşı dərmanların keyfiyyətindən də narazılıq edirlər. Yəqin “dərman aldım, təsir etmədi, əks-təsir verdi” kimi şikayətləri sizə də eşidirsiniz. Bir reallıq da var ki, hətta Avropa İttifaqına üzv ölkələrdə belə, saxta dərman satışının qarşısını almaq mümkün olmur. Sizcə, Azərbaycanda satılan dərmanlar arasında saxtaları çoxdurmu? 

- Əvvəllər çox idi. İndi bizdə saxta dərmanlar cüzidir və onlara nadir hallarda rast gəlinir. 10-15 il əvvəlki qanunvericilik, hüquqi-normativ aktlar mükəmməl deyildi, bu da ölkəyə saxta dərmanların gətirilməsinə şərait yaradırdı. Saxta dərmanlar əsasən Çin və Hindistandan gətirilirdi. Bu ölkələrin dərmanları keyfiyyətli olmasa da, sahibkarlar ilkin qiymətinə görə alıb ölkəyə idxal edirdilər. 



 



Çin və Hindistan dərmanları çox ucuzdur. Onların keyfiyyətinin aşağı olmasına və ucuz alınmasına baxmayaraq, bizdə alıcıya çox baha təklif edilirdi. Amma hazırda Azərbaycan bazarında əsasən Avropa istehsallı dərmanlar satılır. Həmin dərmanların əksəriyyəti müəlliflik hüququ olan şirkətlərdə istehsal olunub və orijinaldır. Avropanın istehsalçı şirkətləri dərmanları birbaşa özləri göndərirlər və dünyanın başqa ölkələrində satılanlardan fərqlənmir. 



 



İndi dərman qaçaqmalçılığı da azalıb. Çox nadir hallarda kimsə qaçaqmalçılıq yolu ilə Azərbaycana dərman gətirməyə cəhd göstərir. Bunun da qarşısı alınır, saxta dərmanlar müsadirə edilir, günahkarlar cəzalandırılır. Hesab edirəm ki, dərman qaçaqmalçılığının kökü tamamilə kəsilməlidir. Çünki bu, birbaşa insanların həyatı və sağlamlığı ilə bağlı məsələdir. Bunu edənlər düşünməlidirlər ki, bəlkə də başqa məhsulların qaçaqmalçılığını etmək o qədər zərərli olmaya bilər, amma dərman qaçaqmalçılığı qəbuledilməzdir. 



 



- Azərbaycana Çin və Hindistandan indi də dərman gətirilir? 

- Çindən dərman gətirilməsi tam dayandırılıb. Hindistandan bəzi preparatlar idxal olunur ki, onlar da Avropa və ABŞ-ın böyük dərman şirkətlərinin Hindistandakı zavodlarında istehsal edilir. Avropa və ABŞ şirkətlərinin istehsalı olan həmin dərmanları nəqliyyat baxımından Hindistandan gətirmək daha asandır. Bunun heç bir təhlükəsi yoxdur. Qeyd etdiyim kimi, istehsalçılar Avropa və ABŞ şirkətləridir. 



 



- Məlumdur ki, Azərbaycanda əczaçılıq məhsulları demək olar ki, istehsal olunmur, satılan dərmanların yalnız bir faizi yerli istehsaldır. Ölkədə başqa sənaye sahələri yaradılır, investisiya yatırılır, dövlət dəstək verir. Sizcə, dərman istehsalının bu dərəcədə zəifliyinə səbəb nədir? 

- Dərman istehsalı spesifik sahədir. Bunu qida məhsulu, geyim, məişət avadanlıqlarının istehsalı ilə eyniləşdirmək olmaz. Dərman istehsalı müəssisələrinin yaradılması böyük miqdarda investisiya tələb edir. Çünki avadanlıqlar çox bahadır. Bu sahəyə qoyulan kapital yalnız istehlakçılar çox olanda özünü doğruldur. Azərbaycanın dərman bazarı böyük olmadığına görə ölkəmizdə müvafiq istehsal müəssislərinin yaradılmasını mümkün saymıram. Belə bir addım atsaq, mütləq bazarlar tapmalıyıq, başqa ölkələrə idxal haqqında düşünməliyik. Dərman isə o qədər keyfiyyətli olmalıdır ki, bazar rəqabətinə tab gətirsin, başqa ölkələr də bizdən dərman almağa razılıq versinlər. Yalnız bu halda əczaçılıq sənayesinə qoyulan investisiya özünü doğrulda bilər. 



 



- Amma Azərbaycan vətəndaşlarının il ərzində dərmana xərclədikləri 600-700 milyon manat da az pul deyil...

- 600-700 milyon satılan bütün növ dərmanların ümumi dəyəridir. Bir zavod bütün növ dərmanları istehsal edə bilməz. İstifadə olunan 600-700 milyonluq dərmanı minlərlə şirkət istehsal edir. Biz isə uzağı 2-3 növ dərman istehsal edə bilərik. Bunun da müqabilində kifayət qədər alıcı olmalıdır. 



 



Dünya bazarında müştəri tapmaq asan deyil. Ona görə də kiçik ölkələr adətən əczaçılıq sənayesi yaratmır, dərman istehsal etmirlər. Hətta kiçik ölkələrdə hər hansı dərman növü ixtira olunarsa, onu böyük dövlətlərdə istehsal etdirirlər. 



 



- Mətbuat tez-tez yazır ki, Azərbaycanın dərman bazarı monopoliyadadır və bu zaman “Avromed” şirkətinin adı hallandırılır... Sizin şirkət dərman bazarına tam nəzarət edirmi? 

- Bunu məsələnin mahiyyətindən, dərman bazarındakı real durumdan xəbəri olmayan insanlar deyirlər. Azərbaycanın əczaçılıq bazarı azad və rəqabətlidir, burada idxal lisenziyası almış 100-dən artıq şirkət fəaliyyət göstərir. 100-dən çox şirkət dünyanın müxtəlif ölkələrindən Azərbaycana dərman gətirir və satır. 

Eyni zamanda, ölkədə dərman preparatlarının marketinqi ilə məşğul olan 350-dən artıq şirkət, 2000-dən çox aptek müəssisəsi mövcuddur. Bütövlükdə dərman bazarında 2500-dən artıq hüquqi şəxs fəaliyyət göstərir. Əgər bir sahədə 2500-dən çox hüquqi şəxs işləyirsə, orada hansı monopoliyadan danışmaq olar? 



 



Digər ölkələrin əczaçılıq bazarı ilə Azərbaycandakı durumu müqayisə etsəniz, bizdə monopoliyanın olması haqda deyilənlərin reallığı əks etdirmədiyini görərsiniz. Məsələn, Türkiyədə idxal lisenziyası almış şirkətlərin sayı heç 10-a da çatmır. Azərbaycanda isə idxal lisenziyası almaqda heç bir çətinlik yoxdur. İstənilən hüquqi şəxs Səhiyyə Nazirliyinə müraciət edib idxal lisenziyası ala bilər. 100-dən artıq şirkət asanlıqla lisenziya alıb. 

Əslində, bütün ölkələrdə dərmanların qiyməti qalxmağa meylli olur. Bəzi ölkələr qiymətləri idxalçıların sayını azaltmaqla, bu sahəyə dövlət monopoliyasını tətbiq etməklə tənzimləyir. Monopoliya ona görə tətbiq olunur ki, bir və ya iki şirkət dərman idxalı ilə məşğul olanda, ölkəyə gətirilən dərmanların mənbəyinə, mənşəyinə, keyfiyyətinə və qiymətlərinə daha yaxşı nəzarət etmək mümkün olur. İdxalçıların sayı çox olanda nəzarət də çətinləşir. 



 



Amma Azərbaycanda hökumət dərman bazarını monopoliyaya almaq variantına getmədi. Çünki kimsə idxal lisenziyası almaq üçün müraciət edərsə və ona rədd cavabı verilərsə, bu, həmin şəxsin azad sahibkarlıq hüququnun pozulması demək olar. Əgər sahibkar dərman idxalı ilə məşğul olmaq istəyirsə, niyə ona maneə yaradılmalıdır? Buyursun, məşğul olsun. 



 



Amma Azərbaycanın dərman bazarının sonsuz dərəcədə liberal olması sonda fəsad doğurdu. Fəsad ondan ibarətdir ki, bazar iştirakçılarının rəqabəti insanların maraqlarına zərbə vurur. Əgər idxalçı şirkət çoxdursa, onların hər biri bazardan daha çox pay götürməyə, daha çox dərman satıb pul qazanmağa çalışırlar. Bunun üçün də marketinqə və reklama daha çox pul xərcləyirlər. Həmin xərclər də satılan dərmanın maya dəyərinin üzərinə gəlir və nəticədə insanlar dərmanları baha qiymətə almağa məcbur olurlar. Dərman bazarının liberal, rəqabətin güclü olması qiymətlərin artmasına səbəb olur. 



 



Gündəlik tələbat malları bazarında və xidmət sahələrində isə belə olmur, əksinə çoxlu iştirakçı və rəqabət şəraiti qiymətlərin aşağı düşməsi ilə nəticələnir. Dərman bazarında rəqabətin qiymət bahalaşmasına gətirib çıxarmasının başqa bir səbəbi daxili istehsalın olmamasıdır. Əczaçılıq məhsullarının 99 faizi xaricdən gətirilir. Əgər dərman preparatlarının 99 faizi idxal məhsuludursa, onu gətirənlər mallarını tanıtmaq və satmaq üçün marketinqə, reklama daha çox pul xərcləməyə məcburdurlar. Bu da qiymətlərin bahalaşmasına səbəb olur. 

Azərbaycan hökuməti vəziyyətdən çıxış yolunun ən doğru variantını seçdi. İndi qiymətlərin ən yüksək həddi müəyyənləşəcək. Bazar iştirakçıları fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər, yenə də heç bir şəxs, şirkət bazarı monopoliyaya ala bilməyəcək. Rəqabət isə dövlətin müəyyənləşdirdiyi qiymətlər çərçivəsində olacaq.





- Bəs, “Avromed”in ölkədə neçə apteki var? 

- “Avromed”in apteki yoxdur. Şirkət idxal və topdansatışla məşğul olur. Onu da deyim ki, mən “Avromed”in təsisçisiyəm. 2010-cu ildə deputat seçilən kimi şirkətin idarəçiliyindən uzaqlaşmışam. İndi “Avromed”i Direktorlar Şurası idarə edir. 


Teqlər:
Bu xəbər cəmi 1335 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR