Liseyin “Fizika laboratoriyası” otağında “8a” sinfinin “Fizika” dərsini izlədik. İlhamə müəllimənin rəhbərliyi ilə aparılan bu dərsin mövzusu “Mexaniki rəqslər” idi.
Dərs çox müasir formada, proyektor vasitəsilə monitorda işıqlandırıldı. Müəllimənin monitorda nümayiş etdirdiyi suallara şagirdlər tərəfindən çox dolğun cavablar verildi. Daha sonra komanda halında yarışma başladı. Müəllimə şagirdlərə kartlarda yazılı sualllar payladı. “Enerji” və “İmpuls” komandaları laboratoriya və praktiki işləri təqdim etdilər. 5 dəqiqə ərzində suallara cavab verildi. Hər iki komanda “10” balla qiymətləndirildi.
Daha sonra idmançı, ağır atlet Müşviq Rəhimov “Zəlzələlər” haqqında apardığı tədqiqatlardan açıqlamalar verdi və bu tapşırıqlara görə ən yüksək qiymət olan “10” bal aldı. Daha bir şagird və idmançı Kamran Yusubov isə “Mexaniki rəqsi hərəkətlər” haqda məlumatlar verdi.
Sonuncu mərhələ olaraq “Mexaniki rəqs” mövzusunda testlər paylanıldı. 5 dəqiqə ərzində qalib komanda təyin edildi. Nəticədə “Enerji” komandasi qalib oldu.