Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda 12 illik təhsilə keçidin vaxtı açıqlanıb

Azərbaycanda 12 illik təhsilə keçidin vaxtı açıqlanıb

Yeni təsdiqlənən təhsil strategiyası həm də müəllimin nüfuzunun cəmiyyətdə qaldırılması üçün də işlək olacaq.


 


Milli.Az anspress-ə istinadən bildirir ki, Azərbaycan təhsilini gələcək inkişaf mərhələlərini özündə əks etdirən Təhsil Strategiyasının Fəaliyyət Planını prezident İlham Əliyev təsdiqlədi. Hansı ki, bu plan vasitəsilə strategiyada nəzərdə tutulan müddəaların icrası reallaşacaq. Hazırlanmasına hələ 2013-cü ildə başlanılan təhsil strategiyası 12 illik təhsil sisteminə keçid, ali məktəblərə muxtariyyət verilməsi, regional təhsil idarələri ilə yanaşı bölgələrdə xüsusi təhsil mərkəzlərinin yaradılması, müəllimlərin əmək haqlarının mərhələli şəkildə artırılması və digər yenilikləri özündə əks etdirir. Sənədin nəzərdə tutulan planlarından bir neçəsinin tətbiqinə artıq gələn ildən start veriləcək. Növbəti tədris ilindən 12 illik təhsil sisteminə keçid tətbiq olunacaq. Sənəddə diqqət çəkən maraqlı bir məqamda ali məktəblərdə ödənişli plan yerlərinin ləğv edilməsidir.


 


Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, gələn tədris ildən ödənişlidə oxumaq istəyənlər üçün plan ləğv olunacaq: "Kim ödəniş hesabına oxumaq istəyir, hansı ixtisası seçir, o da sərbəstdir".


 


Strategiyada müəllimlərin təcrübə qazanması üçün internatura keçməsinin vacibliyilə yanaşı müəllim peşəsinin nüfuzunun artırılması məqsədilə 2022-ci ilədək müəllimlərin əmək haqlarının mərhələli bir şəkildə artırılacaq.


 


“İndiyə qədər müəllimlərin atestatiyası həyata keçirilməyib. Sınaq və yaxud diaqnostik qiymətləndirmə atestasiya aparan bir yoldur. Bu onu göstərir ki, istənilən halda bundan sonra da müəllimlərin əmək haqında hər hansı bir dəyişikliyin baş verməsi onların biliklərinin yoxlanılmasının nətıcəsində baş verəcək”, - deyə təhsil üzrə ekspert Etibar Əliyev vurğulayıb.


 


Təhsil Strategiyasında xüsusi qayğıya ehtiyacı olan fiziki qüsurlu uşaqlar da unudulmayıb. Onlar üçün müasir tələblərə cavab verən təhsil mərkəzləri yaradılacaq. Strategiyada nəzərdə tutulan bütün bu işlərin icrası mərhələli şəkildə 2024-cü ilə qədər reallaşacaq.

Teqlər:
Bu xəbər cəmi 1135 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR