Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hövsandakı məktəbin direktoruna cinayət işi açıla bilər

Hövsandakı məktəbin direktoruna cinayət işi açıla bilər
Təhsil Nazirliyi nəyə nəzarət edir?

Hövsan qəsəbəsindəki 118 nömrəli orta məktəbin direktoru Qardaşxan Səlimovun özbaşına hərəkətlərinə və məsuliyyətsiz sözlərinə etiraz əlaməti olaraq valideynlərin məktəbə axışması və qarşıdurma yaranması barədə məlumat verilib. Orta məktəbdə direktorla valideynlərin qarşıdurması zamanı 21 yaşlı Elmar Əliyev adlı gəncin ölməsi isə heç gözlənilən deyildi. Yaxınlarının məlumatına görə, hərbi xidlmətdən yenicə qayıdan gəncin praktiki sağlam olduğu halda, birdən-birə ölməsi müəmmalı suallar yaradır.


 


 


Hər halda məktəb direktorunun əməli və ya danışığı nəticəsində yaranmış xoşagəlməz hadisənin faciə ilə nəticələnməsi göz qabağındadır. Bu, təhsil sahəsində çoxları ilə yanaşı, məktəb direktoru Q.Səlimovun öz yerində olmadığından xəbər verir. Bu, həm də təhsil başbilənlərinin böyük əksəriyyətinin yerində olmadığından xəbər verən ciddi siqnal olmalıdır. Hər halda bu məsələlər araşdırılacaq və direktorun şagirdlərə, valideynlərə qarşı layiqsiz hərəkətlərinə qiymət veriləcək.


 


 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub. İdarədən o da bildirilib ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır. Əslində 1 ildən artıq müddətdə rəsmi rəhbərsiz qalan bu İdarənin nəzarəti altında olan məktəbdən elə bu cür vəziyyət də gözləmək olardı… Qeyd edək ki, 1 ildən artıqdır təhsil naziri Mikayıl Cabbarov Bakı Təhsilinə layiqli bir rəhbər təyin edə bilmir (?!)…


 


 


Təhsil Nazirliyinin məsələnin «hansı tərəfini» nəzarət altına alması mövzunun başqa tərəfidir. Hadisələri qabaqlamadan demək olar ki, orta məktəblərdəki vəziyyəti nəzarət altında saxlamaq Təhsil Nazirliyinin, o cümlədən və xüsusilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin daimi və gündəlik işidir. Məsələnin, daha doğrusu, direktorla valideynlər arasında qarşıdurmanın bu qədər gərginləşməsi onu göstərir ki, nə İdarənin, nə də Nazirliyin məktəblərdəki vəziyyətə nəzarəti lazımi keyfiyyətdə olmayıb. Dərsə gəlməyən müəllimin başqa müəllimlə əvəz olunması məktəb rəhbərliyinin borcudur, nəinki, direktorun şagirdlərə və ya onların valideynlərinin ünvanına nalayiq formada ifadələr işlətməsi məktəb rəhbərliyinin tərbiyə və təlimdən uzaq birisi olduğunun təsdiqidir...


 


 


Əslində bu halda vəziyyətə hansı orqanın nəzarəti – müdaxiləsi daha zəruridir? Əlbəttə, hüquq-mühafizə orqanlarının vəziyyəti nəzarətə götürməsi və hadisələrin belə gərginləşməsinin səbəblərinin araşdırılması mütləqdir. Dəfələrlə təhsil müəssisələrində baş verən xoşagəlməz hadisələrə Təhsil Nazirliyi «ustalıqla» müxtəlif don geyindirərək sonda valideynləri, uşaqları borclu çıxarırlar. Ancaq fakt budur ki, çoxsaylı valideynlər məktəb direktorunun nalayiq davranışına, sözünə görə etiraz aksiyası keçirirlərsə, deməli, ciddi səbəb var. Necə deyərlər, «od olmayan yerdən tüstü çıxmaz»… Bu, başqa mövzudur, ona qayıdarıq…


 


 


Hələlik isə məsələnin hüquqi tərəfinə aydınlıq gətirməyə çalışaq. Bu hadisələrdə məktəb direktorunu hansı hüquqi perspektiv gözləyə bilər? Ortada insan ölümü var. 21 yaşlı gəncin ölümü ciddi məsələdir. Bəs bunun məsuliyyəti kimin və ya kimlərin üzərindədir?


 


 


 


Məsələni Analitik.az-a şərh edən hüquqşünas Xəyal Feyzullayev bildirib ki, ölüm faktı bilavasitə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. "Əlbəttə, ilkin araşdırmalar kifayət qədər əsas verdikdə, ölüm faktı ilə bağlı cinayət işi açıla bilər. Həm də nəzərə almaq lazımdır ki, 21 yaşlı gənc məktəbdə qarşıdurma nəticəsində həyatını itirib. Bu mənada baş vermiş hadisədə cinayətin izlərinin olması mümkündür. Lakin ölüm faktına rəsmi qiymət hüquq-mühafizə orqanının apardığı araşdırmanın nəticəsindən asılı olacaq. Biz 21 yaşlı gəncin ölüm səbəbini, hadisənin baş vermə şəraitini bilmirik. Şəraitdən asılı olaraq, orada ölümün konkret səbəbləri araşdırılmalıdır, lazımi ekspertizalar keçirilməlidir. Ola bilər ki, baş vermiş hadisədə Cinayət Məcəlləsinin 124 və ya 125-ci maddəsinin əlamətləri aşkar olunsun. Bu, ehtiyatsızlıqdan adam öldürmə və ya özünü öldürmə həddinə çatdırma kimi cinayət əməllərinin əlamətlərinin aşkar olunub-olunmamasından asılıdır."


 


 


Hüquqşünasın fikrincə, aparılan araşdırmanın nəticəsindən asılı olaraq, 118 nömrəli orta məktəbdə baş verənlərlə bağlı cinayət işi başlanıla bilər. Sonradan cinayət işinin istintaqı nəticəsində isə konkret olaraq kimin təqsirkar olması müəyyənləşər və o halda təqsirkarın məsuliyyət məsələsinə baxılması qanunun tələbidir. «Ölüm faktında direktorun təqsirli hərəkəti aşkar olunarsa, onun məsuliyyətə cəlb edilməsi məsələsinə istintaq orqanı qiymət verməlidir» - deyə, hüquqşünas bildirib.

Teqlər:
Bu xəbər cəmi 1190 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR