Əliyevlər ailəsinə ağır itki üz verib. Belə ki, eks nazir F.Əliyevin sonuncu qardaşı Əliyev Sudeif Şölət oğlu bu gün saat 11: 30 radələrində qəflətən vəfat edib. Mərhumun ürək ağrısından əziyyət çəkdiyi bildirilir.
Mərhum bu gün səhər saatlarında özünü yaxşı hiss etsə də, sonradan ürəyində ağrıların hiss etdiyini bildirib. Daha sonra özünü yaşadığı evlərinin yaxınlığında yerləşən Alar kənd tibb məntəqəsinə çatdırıb. O, elə xəstəxananın həyətində dünyasını dəyişib.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü mərhum S.Əliyev ailəlidir, iki övladı var.