Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Mətbuat katibi deyib ki, daxili nizamnaməyə əsasən yaz sessiyasının ilk iclası fevralın 1-də keçirilməli idi. Ancaq həmin tarix bazar gününə təsadüf etdiyindən sessiyanın ilk iclası sonrakı günə - fevralın 2-nə təyin olunub.
A.Təvəkküloğlu qeyd edib ki, artıq Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir. Məqsədəuyğun hesab edilən layihələr parlamentin müzakirəsinə tövsiyə ediləcək.