Federasiya Afrika kubok oyunları zamanı futbolçuların qadın azarkeşlərlə “selfie” çəkdirmələrini qadağan edib.
İran Futbol Federasiyasının nümayəndəsi Əli Əkbər Muhəmmədzadə açıqlamasında futboçuların qadınlarla şəkil çəkdirməklərinə icazə vermədiklərini bildirib:
“Biz futbolçularımızın qadın azarkeşlərlə şəkil çəkdirməklərinə icazə vermirik. Bu şəkillər daha sonra ölkəmizə qarşı siyasi vasitə kimi istifadə edilə bilər. Əgər oyunçular bunu nəzərə almasalar ciddi şəkildə cəzalandırılacaqlar”.