Yanvarın 16-da gecə saatlarında Bakı şəhərində keçirilən reyd zamanı maraqlı anlar yaşanıb. Avtosfer.az-ın verdiyi məlumata görə, Ələsgər Ələkbərov küçəsində keçirilən reydə zamanı Silahlı Qüvvələrin zabiti Ramil Səfərov yol polislərinə yaxınlaşaraq səmimi söhbət edib. Polislərin işinin ağır olduğunu deyən zabitimiz onlara bu çətin peşələrində uğurlar arzulayıb. Yol polisləri Ramil Səfərovla səmimi söhbət edərək onun qəhrəmanlığından danışıblar. Ramil Səfərov isə bildirib ki, hər bir azərbaycanlı vətənin, dövlətin keşiyində dayanmalıdır. Zabitimiz gecələr Bakıda avtoxuliqanlıq edərək insanları narahat edən, ağır qəzalara səbəb olan sürücülərin hərəkətlərindən təəssüfləndiyini, onların əməllərini qınadığını bildirib. Ramil Səfərov belə sürücülərin daha faydalı işlərlə məşğul ola biləcəyini qeyd edib. Zabitimizin yol polislərinin intizamsız sürücülərlə mübarizə işini dəstəklədiyini bildirib.
Avtosfer.az reyddən xatirə olaraq Ramil Səfərovla çəkilən fotoları təqdim edir.
Xatırladaq ki, Ramil Səfərov Macarıstanda NATO tədbiri zamanı erməni zabitini qətlə yetirdiyi üçün ömürlük həbs cəzası almışdı. 8 illik həbsxana həyatından sonra Azərbaycan dövləti onu azad edib. Prezident İlham Əliyev isə Ramil Səfərov Vətənə qayıdan kimi onu əfv edib.