O bildirib ki, bəzi futbolçular yaxşı oynasalar da, belə şeylərə meyillidirlər.
Rednapp Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən də danışıb. 67 yaşlı mütəxəssis qeyd edib ki, bir neçə ilə öncə o, “Portusmut”da çalışarkən transfer etdiyi xorvatiyalı yarımmüdafiəçi, yəni Robert Prosineçki siqaret çəkirdi:
“Mən “Portsmut”da işləyərkən transfer etdiyimiz xorvatiyalı yarımmüdafiəçi Robert Prosineçki çox güclü futbolçu idi. O, yeganə oyunçulardan idi ki, həm “Real”da, həm də “Barselona”da oynamışdı. Amma Prosineçki siqareti sevirdi və çəkirdi. Biz də yaxşı oyununa görə onun bu hərəkətlərinə göz yumurduq”.