Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ramiz Mehdiyev “Facebook”dan danışdı

Ramiz Mehdiyev “Facebook”dan danışdı
“Azərbaycanın hər bir uğurunu öz faciəsi kimi qəbul edən bəzi siyasi qruplar və onların xarici havadarları ölkənin inkişafı ilə bağlı cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaq üçün ciddi səylər göstərirlər. Ancaq bu gün dünyada hansı cəmiyyət mənfi hallardan sığortalanmışdır? Belə bir ölkə yoxdur”.




“Yenimeydan.info” xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərtaca müsahibəsində deyib. R. Mehdiyev deyib ki, Prezident İlham Əliyevin son iradları təsdiq etdi ki, Azərbaycan hakimiyyəti populizmdən, siyasi kapital qazanmaq üçün süni görüntü yaratmaq niyyətindən uzaqdır: “Əgər idarəetmədə hansısa qüsurlar, nöqsanlar varsa, biz onu açıq deyirik və bu mənfi halları aradan qaldırmaq üçün əməli tədbirlər görürük. Bunun üçün imkan da, qətiyyətli siyasi iradə də ortadadır. 



Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Beynəlxalq təcrübə göstərir ki, əsasən müxalif qüvvələr növbəti seçkiyə hazırlığı ötən seçkilərdən dərhal sonra başlayırlar, vətəndaşlarla, müxtəlif sosial təbəqələrlə təmas qurmaq üçün cəhdlər göstərirlər, niyyətlərini, hərəkət planlarını müzakirəyə çıxarırlar, öz elektoratını toplamağa və tərəfdarlarını səfərbər etməyə çalışırlar. Təbii ki, Azərbaycanda fəaliyyəti mövsümi xarakter daşıyan, heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur. İqtidarın uğurları onları çox məyus edir, hakimiyyət ehtiraslarının qarşısına keçilməz sədd çəkir. Buna görə də onlar faktiki olaraq hakimiyyətə qarşı deyil, dövlətə, xalqa qarşı müxalifətçilik yolunu tutmuşlar. İsmayıllı rayonunda baş vermiş məişət xarakterli hadisə bir daha təsdiq etdi ki, Azərbaycanda bəzi siyasi qruplar mahiyyət etibarilə dağıdıcılıq fəaliyyəti göstərir, insanlar arasında süni narazılıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa, dövlət məmurlarına şər atmağa, onları şantaj etməyə və hörmətdən salmağa, hakimiyyət strukturları və vəzifəli şəxslər arasında qarşıdurmalar yaratmağa, rəsmi orqanların fəaliyyətinə qara yaxmağa cəhdlər göstərirlər. Üstəlik, onlar öz dağıdıcı fəaliyyətini demokratiya şüarları ilə pərdələməyə çalışırlar.



Demək istərdim ki, cəmiyyətin demokratik inkişafı şəraitində şəxsiyyət azadlığı vacib prinsiplərdən biridir. Lakin ictimai asayiş heç də bundan az əhəmiyyət kəsb etməyən, ümumi şəkildə cəmiyyəti və xüsusilə demokratik birgəyaşayışı xarakterizə edən kateqoriyadır, haldır. Buna görə də “şəxsiyyət azadlığını” spekulyasiya mövzusuna çevirərək ictimai asayişi pozmağa çalışanlar bilməlidirlər ki, demokratiya və anarxiya antipoddurlar. Hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri məhz cəmiyyətdə nizam-intizamı təmin etmək, “icazəsiz tamaşa azarkeşləri”nin antisosial məqsədlərinin həyata keçirilməsinə imkan verməməkdən ibarətdir. Qəti şəkildə deyə bilərəm ki, həm də son illər müxtəlif ölkələrdə baş verən hadisələrdən ruhlanan dağıdıcı müxalifət Azərbaycanda belə yollara əl atmağa çalışır. Ancaq onlar bu cəhdlərin heç vaxt nəticə verə bilməyəcəyinə əmin ola bilərlər.



Digər tərəfdən, son 20 ildən artıq bir dövrdə dağıdıcı müxalifətin siyasi hakimiyyət uğrunda “mübarizəsi” imitasiya xarakteri daşımış və əslində, özünüifşanın bariz nümunəsinə çevrilmişdir. Məhz ona görədir ki, radikal, siyasiləşmiş dindar qruplara üz tutmuş və onları özlərinə tərəfdaş seçmişlər. Qeyd etməyi vacib bilirəm ki, cəmiyyət, Azərbaycan ictimaiyyəti əsassız şəkildə onun adından çıxış etməyə çalışan müxalif qrupların, özlərini “ziyalı” adlandıranların Əkrəm Əylislinin mənfur “Daş yuxular” əsəri ilə bağlı xəyanətə bərabər mövqeyini gördü və bir daha bunların hansı məzhəbə qulluq etdiklərinə əmin oldu. Hakimiyyətə iddialı olan, özünü iqtidara opponent hesab edən dağıdıcı müxalifət, yüksək ziyalı adından sui-istifadə edənlər ümummilli məsələlərdə də xalqın tərəfində yox, onun iradəsinə zidd mövqedə durdular və əsl simalarını açıq nümayiş etdirdilər. Çox təəssüf ki, cəmiyyətimizdə belələrinə hələ ki, yer tapılır. Ancaq ictimaiyyətimiz, vətəndaşlarımız, əsl ziyalılarımız, gənclərimiz həm Əkrəm Əylisli kimilərinin, həm də onun havadarlarının əməllərini görür və öz qəti mövqelərini ortaya qoyurlar.



Təəssüf ki, bu qruplar həm də gəncləri çaşdırmağa, onlardan vasitə kimi istifadə etməyə çalışırlar. Bununla bağlı bildirmək istərdim ki, Facebook sosial şəbəkəsində ölkə həyatında baş vermiş ayrı-ayrı hadisələrə dair təxribat xarakterli çağırış edənlərin mövqeyi ictimai rəyi əks etdirmir. Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz. Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki “Molotov kokteyli”, narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir. Əlbəttə, hüquq mühafizə orqanlarının fəaliyyətinə, istintaqa təsir edə biləcək hər hansı şərh vermək düzgün olmazdı. Lakin hadisədən məlumatı olan hər bir şəxsi heç bir yerdə işləməyən gənclərdə bu qədər narkotik vasitənin, pulun haradan olduğu maraqlandırır. Yəqin ki, istintaq bu məsələlərə aydınlıq gətirəcəkdir.



Bu xüsusda xatırlatmaq istərdim ki, 2011-ci ildə əsasən gənclərdən ibarət kütlələr sosial narazılıq zəminində Böyük Britaniyada iğtişaşlar törətdilər. Hakimiyyət, hüquq mühafizə orqanları repressiv metodlardan istifadə etməklə 2000-ə yaxın adamı saxladı, iğtişaşların təşkilatçıları olan gənclər məhkum olundu, internetə çıxış, Facebook, Twitter kimi sosial şəbəkələrə giriş məhdudlaşdırıldı. Əlbəttə, burada Azərbaycanla hər hansı paralel aparmaq düzgün olmazdı, çünki ölkəmizdə belə hallar üçün heç bir zəmin yoxdur. Ancaq hesab edirəm ki, ölkəmizlə bağlı davamlı şəkildə əsassız və qərəzli iddialar irəli sürən bəzi maraqlı xarici dairələr, təşkilatlar dünyada və Azərbaycanda baş verən hadisələrə adekvat, obyektiv yanaşmalı, ikili standartdan əl çəkməlidirlər”.




 



 




 



Teqlər:
Bu xəbər cəmi 1220 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR