Bu barədə Trend-ə Şirkətdəki mənbə məlumat verib.
Azərbaycandan İrana qaz tədarükü Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində blokadada olan Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatının təmin edilməsi məqsədilə həyata keçirilir.
Mənbə deyib ki, ötən il İrana tədarük edilən qazın həcmi 2013-cü ildə qeydə alınan göstərici ilə eynidir.
İran və Azərbaycan arasında qaz tədarükü haqqında müqavilə 2005-ci ildə imzalanıb. 25 il müddətinə imzalanan müqaviləyə əsasən, İran Azərbaycandan qazı Astarada (İran) təhvil alır və Naxçıvanda təhvil verir.