Yanvarın 14-də sonuncu nömrə 5 milyon tirajla çıxan jurnalın 1 saat yarıma bütün tirajı satılıb. Axırıncı nömrəyə xarici ölkələr də maraq göstərib. Almaniya jurnalın 55 min nüsxəsini alıb.
Media tarixçiləri Frans Pressə deyiblər ki, bu, Fransa mediası tarixində rekorddur.
Birinci dünya müharibəsi qurtaranda sülh müqaviləsi bağlanan gün Fransada bir nəşrinən böyük tirajı 2 milyon olub. De Gaulle öləndə tiraj rekordu 2,2 milyona qalxıb.
Hətta ABŞ-da 11 sentyabr terroru olanda Mond qəzetinin tirajı cəmi 1,2 milyona qalxa bildi.
Yanvrın 7-də Məhəmməd peyğəmbərin karikaturasının nəşrinə etiraz edənlərin redaksiyaya hücumunda 12 adam ölüb.Yanvarın 14-də axırıncı nömrə yenə Məhəmməd peyğəmbərin karikaturası ilə çıxıb.