Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Damarları təmizləməyin ən sadə - YOLLARI

Damarları təmizləməyin ən sadə - YOLLARI


Bu günkü ekologiya, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün qidalanmama qan damarlarında kifayət qədər ciddi problemlər yaradır, müxtəlif damar xəstəliklərinə səbəb olur. Buna görə də mütəmadi olaraq damarların qayğısına qalmaq, onların təmizlənməsini təmin etmək sağlamlıq üçün olduqca vacibdir.



 


Milli.Az modern.az-a istinadən damarların ən sadə üsullarla təmizləməsi ilə bağlı faydalı məsləhətləri təqdim edir.


 


Damarların normal vəziyyətdə olması üçün ilk növbədə aşağıdakılara riayət etmək lazımdır:


 


1. Maksimum dərəcədə xolesterinin orqanizmə daxil olması məhdudlaşdırılmalıdır. Bu məhdudiyyət nəticəsində damarlar daha elastik və sağlam olacaq.


 


2. Yeməklərin hazırlanmasında yalnız bitki yağından istifadə olunmalıdır. Qida rasionundan heyvan mənşəli yağlar çıxarılmalıdır.


 


3. Yağlı və piyli ət məhsullarından imtina edilməlidir. Daha çox quş əti və balıq məhsullarına üstünlük verilməlidir.


 


4. Gündəlik qida rasionuna az miqdarda olsa da qoz, fındıq, badam və ya püstə daxil edilməlidir.


 


5. Sutka ərzində orqanizm ən azı 200-300 qram meyvə və tərəvəz qəbul etməlidir.


 


6. Xolesterinin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malik olan sarmısaqdan gündəlik istifadə etmək lazımdır.


 


7. Spirtli içkilərdən və siqaretdən imtina etmək mütləq şərtlərdən biridir.


 


8. Gün ərzində ən azı 40 dəqiqə piyada gəzmək, orqanizmin fiziki aktivliyi təmin edilməlidir.


 


9. Qan laxtalanmasının qarşısını almaq üçün sutka ərzində heç olmasa 2 litrə qədər adi qazsız su qəbul edilməlidir.


 


Damarların xalq təbabəti vasitələri ilə təmizlənməsinin bir çox üsulları var. Onların bir neçəsini diqqətinizə çatdırırq.


 


1. 2 ədəd limon və 2 ədəd portağal (apelsin) qabığı soyulmadan doğranılır, tumları çıxarılır və ət maşınından keçirilir. Alınmış kütlənin üzərinə 3 xörək qaşığı təbii bal əlavə edilərək yaxşıca qarışdırılır və ağzı kip


 


bağlanan şüşə qabda otaq temeperaturunda 24 saat saxlanılır. Gündə iki dəfə yeməkdən 10 dəqiqə əvvəl 2 çay qaşığı qəbul edilir.


 


2. 3-4 iri kartofun qabığı yuyulduqdan sonra üzərinə 500 qram təmiz su əlavə edilir və 30 dəqiqə zəif odun üzərində saxlanılır. Soyuduqdan sonra süzülür və hər gün səhərlər acqarnına qəbul edilir. Kurs 12-15 gündür.


 


3. 500 qram çuğundur şirəsi, 300 qram kök şirəsi, 300 qram kartof şirəsi qarışdırılır, gün ərzində 3 dəfə yeməkdən qabaq ac qarnına 50 qram qəbul edilir.


 


Bu sadə üsullardan istifadə etməklə damar problemlərindən asanlıqla yaxa qurtarmaq olar. Hamı üçün əlcatan olan bu vasitələrdən istifadə etdikdən az müddət sonra orqanizmdəki müsbət dəyişikliklərin şahidi olacaqsınız.

Teqlər:
Bu xəbər cəmi 1200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR