Mikayıl Cabbarov sərəncam barədə danışarkən qərar nəticəsində heç bir müəllimin işdən azad edilməyəcəyini də qeyd edib:
“Sınaq qiymətləndirilməsinin regionlarda keçiriləcəyinə gəlincə biz ilk öncə bunu paytaxtda etdik. Çünki burda tək məsələ sınaq qytmətləndirmə deyil, burada həm də dərs yükünün artırılması müəllim-şagird nisbətinin optimallaşdırılması məsələləri var. Bizum məqsədimiz ondan ibarətdir ki, yüksək nəticə göstərmiş müəllimlərin əmək haqqısı ilə o qədər də yüksək nəticə göstərməyən müəllimin əmək haqqısında fərq olmalıdır. Azərbaycan cəmiyyətinin niyyəti o deyil ki, müəəlim işdən azad olunsun. Attestasiya şüurlu şəkildə verilmiş qərardır burada imkanlar yarandıqdan sonra differensiallaşdırma növbəti mərhələdə tətbiq olunacaq”.
Nazirin sözlərinə görə, sınaq qiymətləndirməsi keçirilməyə qərar verildildə yüzlərlə müəllim işdən çıxmaq barədə ərizə yazıb:
“Biz prosesi və istiqaməti davam etdirəcəyik. Bu qərar müəllimlər üçün əlavə stimul yaradacaq. Sınaq qiymətləndirilməsi nəticəsində yüksək nəticə əldə etmiş müəllimlərlə zəif nəticə əldə etmiş müəllimlərin dərs yükünün miqdarı direktorlar tərəfindən tətbiq olunacaq”.