Bu barədə Almaniyanın Bild dərgisi məlumat yayıb. Hadisə Qətərdə keçirilən məşq toplanışında baş verib. Belə ki, məşqdə iştirak edərkən Arien Robben yaxınlıqdakı hovuza düşən topu götürərkən timsahla qarşılaşıb.
“Topu çıxarmaq istəyəndə timsah mənim əlimi dişlədi”-deyə 30 yaşlı hollandiyalı futbolçu açıqlama verib.
Oyunçunun böyük, adsız və orta barmağı sarğı ilə sarınıb. Həkimlərin məlumatına görə, Robben məşqləri davam etdirə bilər.