Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu gün qar yağacaq

Bu gün qar yağacaq
Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı ehtimalı var.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir 18-20 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.



Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 5-10° şaxta, dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.



Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı olacağı gözlənilir.



Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.



Balakən, Zaqatala, Qax, Şəki, Oğu, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.



Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə havanın dumanlı, çiskinli, axşama doğru isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.



Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, ayrı ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 3-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.


Teqlər:
Bu xəbər cəmi 1245 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR