Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Fazil Məmmədov deputatın bankını aldı

Fazil Məmmədov deputatın bankını aldı

Bir müddət öncə lisenziyası bərpa olunan "Kövsər Bank"ın səhmlərinin böyük hissəsi şirkətlərdən birinə satılıb. "Marja"nın məlumatına görə, dekabrın 25-də Bakı Fond Bircasında "Kövsər Bank"ın 38 milyon manatlıq yeni səhm emisiyasının Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC-nin aldığı bildirilir.


"Synergy Group" ASC-nin İdarə Heyətinin sədri Kamran Abbasov bu barədə məlumat verə bilməyəcəyini deyib: "Biz 3 ildir bank açmaq istəyirdik. Amma hazırda "Kövsər Bank" barədə Sizə bir məlumat verə bilməyəcəm. Səhmdarlar ilə danışdıqdan sonra əlavə məlumat təqdim edərəm".


"Marja" öz kanalları vasitəsilə məlumatın doğru olduğunu müəyyənləşdirib.


Qeyd edək ki, bir müddət əvvəl  "Kövsər Bank" İdarə Heyətinin sədri Heydər İbrahimov bildirmişdi ki, "Kövsər Bank" səhmlərinin 76 faizini kənar investora satıb.  Onun sözlərinə görə, səhmləri alan ölkədaxili investordur: "Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir".


Dekabrın 25-də Bakı Fond Bircasında "Kövsər Bank"ın 38 milyon manatlıq yeni səhm emisiyasının yerləşdirilməsi nəticəsində Bankın nizamnamə kaitalı 12.02 milyon manatdan 50.02 milyon manata yüksəlib. Azərbaycan Mərkəzi Bankı (AMB) "Kövsər Bank"ın lisenziyasını bu ilin aprelində bərpa etmişdi. "Kövsər Bank" ASC 1989-cu ildə "Universal Bank" kimi yaradılıb. "Kövsər Bank" islam bankçılığı prinsipləri üzrə fəaliyyət göstərirdi və faizlə kredit vermirdi. Bankın prinsipini dəyişib-dəyişməyəcəyi məlum deyil.


Daxil olan məlumata görə, "Synergy Group" ASC vergilər naziri Fazil Məmmədovun nəzarətindədir. "Synergy Group" 2010-cu ildə yaradılıb. O, tikinti və tikinti materialları, mehmanxana biznesi, İKT, sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir. "Synergy Group" ASC-yə "Caspian Sea Resort Hotel", "Excelsior Hotel Shamkir", "AAC", "Bestpack"?, "Renaissance Construction Azerbaycan", "Cybernet", "Caspian Coast Winery & Vineyards", "Azaqro", "Azərbaycan" Universiteti və s. daxildir.


Bundan başqa 6 şirkət "Synergy Group"la eyni ünvanda - Bakı, Z.Əliyeva küçəsi 55-də qeydiyyatdadır. Bunlar "Capital Vision", "İnvest Future", "İnvest Alliance", "İnvest Solutions" və "Synergy Medical" şirkətləridir. Məlumatlara görə, "Synergy Group"un faktiki idarəçiliyini Fazil Məmmədova məxsus olduğu bildirilən "AtaBank" ASC-nin Müşahidə Şurasının sədri Əşrəf Kamilov həyata keçirir. Səhmlərin 99 faizi Əşrəf Kamilovun adınadır. "Synergy Group"un Müşahidə Şurasının sədri Dəyanət Quliyev də bundan əvvəl "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.


Onu da qeyd edir ki, bankın keçmiş sahibi Heydər İbrahimov Milli Məclisin deputatı Eldar İbrahimovun qardaşıdır. Hakim çevrələrdə bank "Eldar İbrahimovun bankı" kimi tanınırdı. (istiqlal.az)


Teqlər:
Bu xəbər cəmi 1600 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR