Bakı şəhər Prokurorluğunda keçirilən müşavirədə vətəndaşların qəbulu ilə bağlı məsələdə diqqət mərkəzində olub.
Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, vətəndaşların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilib.
“Hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşılması tələb olunub. Hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1306 vətəndaş qəbul edilib”, deyə şəhər prokuroru bildirib.
Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanmışdır ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 21 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 4 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.