Medical Park Xəstəxanasında bir çox əməliyyatlar aparılır və bunlardan biridə bel yırtığı əməliyyatlarıdır.Bel yırtığı əməliyyatlarında ən çox seçilən üsul endoskopik üsuldur ki, bu da xəstə rahatlığını tam təmin edir. Bu üsulla əməliyyat olan xəstələr həmin həftə işinin başına dönə bilir. Bədənin hər hansı bir orqanı üçün endoskopik (bağlı) üsulla edilən əməliyyatlar, xəstələr tərəfindən gün keçdikcə daha çox seçilir. Bel yırtığı əməliyyatlarında da son bir neçə ildir yayılmağa başlayan endoskopik üsul, klassik üsula görə, üstünlükləri sayəsində xəstə rahatlığını tam təmin edir. Beyin və Sinir Cərrahı mütəxəssisi -həkim Hakan Bahçeci 1.5-2 santimetr kimi kiçik bir dəlik açılaraq endoskopik üsulla edilən bel yırtığı əməliyyatlarının, klassik üsuldan üstünlüklərinin daha çox olduğunu söyləyib.
Mütəxəsis – Həkim Hakan Bahçeci: "endoskopik, yəni qapalı dediyimiz üsul onurğa cərrahiyəsində son 2-3 ildir yayılmağa başladı. Bu üsul xəstə rahatlığı baxımından çox inkişaf etmiş bir üsuldur. Təmin etdiyi üstünlüklər içərisində ən əhəmiyyətlisi toxuma zərərinin çox az olmasıdır. Digər bir üstünlüyü də xəstənin əməliyyat sonrası həmin gün işinin başına keçə bilməsidi”.
Medical Park Tarsus Xəstəxanasında endoskopik üsulla bel yırtığı əməliyyatı olan xəstələrdən biri 41 yaşındakı evli və iki uşaq anası Özlem Uygurlu olub. Təxminən 10 ildir bel narahatlığının olduğunu söyləyən Özlem Uygurlu, uzun illər müalicə gördüyünü ancaq son üç aydır ağrılarının şiddətlənməsi səbəbiylə artıq gedə bilməz və otura bilməz halına gəldiyini izah edib. Getdiyim hər həkim əməliyyat etdirməyin lazım olduğunu söyləyib: “Amma heç cür qərar vermirdim, qorxurdum. Ailə doktorumuz olan Hakan bəyə də gəldim. Əməliyyatı endoskopik üsulla edəcəyini söylədi, texnikasından danışdı.Əvvəlcə qərarsız qaldım, araşdırdım, əməliyyatları izlədim. Bu üsulun cazib istiqamətləri var idi, başda dərhal ayağa qalxa biləcək və işimin başına dönə biləcəkdim. Gündəlik həyatıma təsir etməyəcək və qərarımı verdim əməliyyatı oldum. Hal-hazırda çox yaxşıyam. Ağrı sızım qalmadı. Həkimimə minnətdaram".
Ünvan:Nigar Rəfibəyli 12/14 AZ 1001 Bakı, Azərbaycan
Tel:012 497 54 00
Mob: 055 221 90 28; 055 221 90 29