“Bankirlər”in bir neçə gün əvvəl Antalyadakı düşərgəsinə qoşulan Ruben Şaken rəsmən Bakı təmsilçisin oyunçusu olub.
“İnter” Hollandiyanın “Feyenoord” klubunun yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu “Feyenoord”dan öncə “Kambur”, “Veendam” və “Venlo”nun şərəfini qoruyub. O, 2012-2013-cü illərdə isə Hollandiya millisində çıxış edib. Şaken əsas komandanın heyətində 6 oyunda 2 dəfə fərqlənib.