Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Samir Şərifov: "2015-ci ildə bütün sosial ödənişlərin vaxtında maliyyələşdirilməsi təmin ediləcək"

Samir Şərifov:


Azərbaycan Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.



İclas ötən ilin dövlət büdcəsinin icrasının yekunları, həmçinin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevtərəfindən verilən tapşırıqların icrası və 2015-ci ildə Maliyyə Nazirliyi qarşısında duran vəzifələrə həsr olunub.



Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov 2014-cü ildə qazanılmış sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə ölkə ciddi uğurlara imza atıb, dövlət proqramlarının icrasına, makroiqtisadi sabitliyə, qeyri-neft sektorunda yüksək artım sürətinə, dövlət büdcəsinin stabil icrasına nail olunub, dövlətin valyuta ehtiyatları, əhalinin yaşayış səviyyəsi və real pul gəlirləri, o cümlədən ölkədə orta aylıq əmək haqqı artıb.



Nazir bildirib ki, 2014-cü il üçün icmal büdcənin gəlirləri 23,1 milyard manat və ya 104,9 faiz, xərcləri 21,3 milyard manat və yaxud 87,2 faiz icra olunub. 2014-cü il dövlət büdcəsinin mədaxili 18,4 milyard manat və ya 100,2 faiz icra edilib, xərcləri isə 18,7 milyard manat və ya 93,2 faiz icra olunub, qarşıya qoyulan bütün öhdəliklər yerinə yetirilib.



S.Şərifov deyib ki, dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər 2014-cü ildə də davam etdirilib, dövlət büdcəsi xərclərinin yarıdan çox hissəsinin proqramlar və məqsədli tədbirlər əsasında tərtibinə və icrasına nail olunub. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələri üzrə təqdimat Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Həmçinin dövlət və icmal büdcələrinin göstəricilərinin ətraflı, sadə və anlaşıqlı dildə vətəndaşlara çatdırılması üçün “Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanıb. 



Nazir vurğulayıb ki, dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası proseslərinin, dövlət maliyyəsinin idarə olunması və hesabatlılıqla bağlı həyata keçirilən bütün bu tədbirlər öz müsbət əksini Dünya Bankı, Avropa İttifaqı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi tərəfindən Azərbaycanda uğurla başa çatdırılan Dövlət Xərcləri və Maliyyə Hesabatlılığının (PEFA) qiymətləndirilməsi hesabatında da tapıb. Aparılan qiymətləndirmə nəticəsində 31 göstəricidən 17-si üzrə ciddi irəliləyişlər və yüksək nəticələr əldə edilib.



Cari ilin dövlət və icmal büdcələri barədə danışan nazir qeyd edib ki, "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Qanunu Prezident İlham Əliyevin daim diqqətində olan bütün dövlət vəzifələrinin uğurla həyata keçirilməsinə, prioritet hədəf kimi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsinə, ölkənin bütün sahələrdə təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi inkişafının stimullaşdırılmasına maliyyə təminatı yaradacaq. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat, kəsiri 1 milyard 662 milyon manat, icmal büdcənin xərclərinin yuxarı həddi 25 milyard 911 milyon manat təsdiq edilib.



Kollegiyanın sədri Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının 2015-ci ildə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin minimum itkilərlə ötüşməsi üçün konkret göstərişlər verdiyini bildirib. Diqqətə çatdırılıb ki, Prezident neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacağını bildirib. Bununla bağlı Maliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlərin həyata keçiriləcəyini qeyd edən S.Şərifov qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsinin genişləndirilməsi, əvvəlki illərdən qalmış və növbəti il üçün nəzərdə tutulan vergi və digər daxilolmaların dövlət büdcəsinə tam alınması, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində əlavə yaranacaq vergilərin büdcəyə cəlb ediləcəyini bildirib. Bununla yanaşı, dövlət büdcəsinin sosial öhdəliklərinin, təhlükəsizlik və müdafiə sahələrinin mühüm təlabatlarının, dövlət orqanlarının əsas ehtiyaclarının, xarici borc və beynəlxalq təşkilatlara üzvlük haqlarının, ölkədə keçiriləcək mühüm beynəlxalq tədbirlər üzrə öhdəliklərin və ölkə daxilində və xaricində icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələrinin yaratdığı öhdəliklərin təmin edilməsi xərclər üzrə qarşıda duran əsas vəzifələrdir.



Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2015-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan, səmərəsi aşağı olan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.



Nazir deyib ki, cari ildə sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtında maliyyələşdirilməsi təmin ediləcək.



İclasda 2014-cü il dövlət büdcəsinin icrasına dair müvafiq qanun layihəsinin və yardımçı materialların hazırlanıb aidiyyəti üzrə təqdim olunması, 2016-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihəsinin vaxtında və daha da keyfiyyətlə hazırlanması üçün qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsinə dair tapşırıqlar verilib.



Kollegiya iclasında həmçinin “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nın geniş müzakirəsi aparılıb. Sığorta olunanların və digər faydalanan şəxslərin mənafelərinin lazımi səviyyədə qorunmaması ilə bağlı bildirilib ki, əldə olunan müsbət nəticələrə baxmayaraq göstərilən sahədə problemlər hələ də mövcüddur. Sığorta şirkətləri tərəfindən sığorta olunanların öz hüquqlarını və öhdəliklərini yetərincə bilmələri üçün az həcmdə iş görülür. Sözügedən Tədbirlər Planına uyğun olaraq ölkədə sığorta işinin daha da inkişaf etdirilməsi, sığortalıların mənafelərinin müdafiəsi üçün daha ciddi və qəti hüquq normalarının müəyyən edilməsi, əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, sığorta sahəsində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həyat və qeyri-həyat sığortası sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni sığorta növlərinin tətbiqi ilə bağlı konkret tapşırıqlar verilib.



İclasda Mühasibat uçotu və audit sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə görülən işlər, habelə Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi çərçivəsində keçirilmiş təlimlərin nəticələrinə dair məlumat verilib.



Kollegiyada müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.



İclasın yekununda Prezidentin müvafiq sərəncamı ilə təltif olunan Maliyyə Nazirliyinin bir qrup əməkdaşına dövlət qulluğunda fərqlənməyə görə orden və medallar təqdim olunub.


Teqlər:
Bu xəbər cəmi 1375 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR