Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafı və enerji sahəsində strateji tərəfdaşlıq məsələləri müzakirə olundu. Avropa İttifaqı ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin qüvvəyə minməsi məmnunluqla qeyd olunaraq, bu çərçivədə elm, təhsil, mədəniyyət, turizm və işgüzar sahədə qarşılıqlı təmasların artdığı vurğulanıb.
Herbert Salber Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu xüsusi qeyd edib.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün təxribat əməllərinə əl atıldığını qeyd edərək, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd edib.