Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hakimin adı keçən 600 minlik qalmaqallı işdə kələf tədricən açılır

Hakimin adı keçən 600 minlik qalmaqallı işdə kələf tədricən açılır
Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.


Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə öncə şahid qismində ARDNŞ-in Geofizika və Geologiya İdarəsinin müavini (əvvəllər “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun ümumi məsələlər üzrə müavini olub-red.) Ziyad Cəlilov ifadə verdi.



“Azərbaycanda indiyədək bir dəfə də haqsızlıqla üzləşməmişəm”



Şahid istintaqa verdiyi ifadəsini təsdiq edərək sabiq hakim Həsən Əliyevi və zərərçəkmiş Ramazan Səlimovu tanıdığını dedi: “Ramazanı cəmisi iki dəfə görmüşəm, işlə bağlı yanıma gəlmişdi. Ona Dövlət Neft Şirkətinə imtahan verib keçə biləcəyini başa salmışam”.



Şahid Z.Cəlilov daha sonra hakimin, prokurorun, vəkillərin suallarını cavablandırdı.





Dövlət ittihamçısı:



-Həsən Əliyevi haradan tanıyırdınız?



Şahid:



-Bacım oğlunun işini aparırdı. O vaxtdan tanıyırdım.



Dövlət ittihamçısı:



-Ramazan Səlimov sizin yanınıza gələndə ətriyyat hədiyyə gətirmişdimi?



Şahid:



-Xatırlamıram. Niyə gətirməli idi ki? Heç bir iş görməmişdim.



Vəkil İradə Cavadova:



-Həsən Əliyev sizə nə vaxt zəng vurdu?



Şahid:



-Dəqiq xatırlamıram. İstəsəniz dəqiqləşdirə bilərəm.



Vəkil:



-Zəng vurub nə dedi sizə? Ramazan nəyimdir dedi?



Şahid:



-Dedi ki, dostumdur, gör onu bir işə düzəldə bilərsənmi. Mən də dedim ki, gəlsin, başa salım necə işə girmək olar. Hətta onu da dedim ki, vəzifəyə getmək üçün kiməsə pul versən belə imkan verməyəcəklər ki, yeyəsən.



Vəkil şahidə və zərərçəkmişə çarpaz suallar verdi. R.Səlimov sualları cavablandırarkən Ziyad Cəlilovun yanına Həsən Əliyevin göstərişi ilə getdiyini dedi:



-İkinci dəfə gedəndə CV verdim, dedi on günə gəlib dəyərsən.



Vəkil:



-On gündən sonra nə dedi?



R.Səlimov:



-Dedi ki, hansısa rayona rəis getmək üçün bunu ARDNŞ rəhbərliyi etməlidir.



Vəkil:



-Ziyad müəllim, belə olan halda Həsən Əliyev sizə iradını bildirdimi?



Şahid:



-Dedi gəlib səni asacam (gülür). Həsən müəllim mənə nə irad bildirməli idi ki? Bu işlərdə mənim nə günahım var? Gündə yanıma 20-30 adam gəlir.



Vəkil:



-Siz özünüzü Həsən Əliyevə borclu hiss edirsinizmi?



Şahid:



-Nəyə görə? Mən heç kimə borclu deyiləm.



Həsən Əliyev:



-Sizə icra başçısı təyinatı ilə bağlı konkret xahiş olunubmu?



Şahid:



-Xeyr. Neft Şirkətinin o işə nə dəxli var?!



H.Əliyev:



-Ramazan ifadəsində göstərib ki, 370 manatlıq hədiyyə aparmışam. Siz hədiyyə almısınızmı?



Şahid:



-Yox, belə bir şey olmayıb. Deyirdi zavodum, istehsalat sahəm var. Mən də dedim ki, get başını aşağı sal işlət, burada nə işin var.



H.Əliyev:



-Siz Ramazana demisinizmi ki, bacım oğlundan tələb olunan 150 mindən 75 minini verə bilmirəm?



Şahid:



-Ramazan Səlimov, mən sizə elə söz demişəm? Mən Azərbaycanda bir dəfə də haqsızlıqla üzləşməmişəm. Hüquqşünas olmasam da hər şeyi eşidirəm, görürəm. Müstəntiqə də dedim. Dedi bu iş çox ağır işdir.



R.Səlimov:



-Həsən müəllim dedi ki, 3 nəfərdirlər, birinin pulu yoxdur. Ona görə də hərəsinə 75 min manat düşür.



H.Əliyev:



-Onda mənim adımdan deyəydin də. Niyə Ziyad müəllimin adından demisən?



R.Səlimov:



-Mən belə ifadə verməmişəm. Müstəntiq belə yazıb.



Vəkil İ.Cavadova:



-Ramazan müəllim ilk gündən dedi ki, orada yazılanların çoxu ilə razı deyil.



Vəkil Sadiq Rəsulov:



-Siz Ziyad müəllimə hədiyyə aparmağınızı təsdiq edirsinizmi?



R.Səlimov:



-Bəli, aparmışam, katibəsinə vermişəm. Ola bilsin Ziyad müəllimin o hədiyyədən xəbəri olmayıb. Aparmışam, əcəb eləmişəm, halal xoşu olsun.



Hakim M.Məmmədov:



-Siz bununla bağlı mülki iddia qaldırmısınız axı.



R.Səlimov:



-Məni qəbul edənlər arasında ən düz insan o olub. 370 manatı çıxın ordan. O 150 min manatı isə Bakı Ağır Cinayətlər Məhkəməsində ondan tələb etmişdilər.



Şahid:



-Allah haqqı, elə bir şey olmayıb. Bacım oğlunun işinə görə heç kim məndən pul istəməyib.



“Pulun verilməsində iştirak etməmişəm”



Daha sonra şahid qismində Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı polis bölməsinin təhqiqatçısı Şövqi İsmayılov dindirildi. İfadəsində dəymiş ziyanın qaytarılması ilə bağlı pulun verilmə prosesində iştirak etmədiyini deyən şahid tərəflərin suallarını cavablandırdı.



Elman Məmmədov:



-Nə varsa, düzünü de. Sənin düzgün danışmağın mənim taleyimi həll edir. Mən pulu gətirəndə hər dəfə sənə zəng vururdum.



Şövqi İsmayılov:



-Həsən müəllim çox aqressiv danışırdı. Ona dedik ki, ortada qəbz, notarius sənədi var.



Vəkil İ.Cavadova:



-Şövqi ifadəsində göstərib ki, Həsən müəllim polis bölməsində deyib ki, almışam, qaytaracam.



Vəkil S.Rəsulov:



-Xeyr, dedi ki, almasam da qaytaracam.



E.Məmmədov:



-Bakı Şəhər Prokurorluğundakı ifadəmə salınıb ki, guya mən 600 min manatı görmüşəm. Mənim adımı niyə salıbsınız bura?



Ş.İsmayılov:



-Siz özünüz dediniz ki, pulu görmüşəm.



Təqsirləndirilən Taleh Süleymanov:



-Ramazanın ərizəsi nədən ibarət idi?



Ş.İsmayılov:



-Ərizəsində yazmışdı ki, məndən işə düzəlmək üçün 600 min manat istənilib.



T.Süleymanov:



-Elman vasitəsilə? İzahatınızda göstərmisiniz ki, Elman tanış edib, pulu göstərib.



Ş.İsmayılov:



-Yox, elə deyil. Elman bu işdən kənarda olub. Elman özü deyirdi ki, Həsən müəllim məni şərləyib tutduracaq.



E.Məmmədov:



-Ramazanın qoluna qandal vurub gətirəndə demədi ki, məni Ələmdar Tağıyev tanış edib?



“Polisə nə qandalla, nə də torba ilə aparılmamışam”



R.Səlimov:



-Mətbuatda da yazılıb. Yazılanları qohum-əqrəbam oxuyur. Mən polisə nə qandalla, nə də torba ilə aparılmamışam. Gəlib dəvət ediblər, mən də getmişəm.



Hakim M.Məmmədov:



-Məhkəməyə müraciət edin.



R.Səlimov:



-Əlbəttə. Məhkəməyə verəcəyik.



 



Vəkil Azər Tanrıverdi şahiddən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın hansı səbəbdən verilməsini soruşdu.



Şahid cavabında H.Əliyevin hakim olmasını, bu işdə kiməsə zərər dəyməsini istəmədiklərini dedi.



Vəkil A.Tanrıverdi:



-Prokurorluqdan sizə müdaxilə olunubmu? Cinayət işinin rədd edilməsi ilə bağlı kimsə göstəriş veribmi?



Ş.İsmayılov:



-Xeyr. Rəis dedi ki, Həsən müəllim hakimdir, biz onun işini apara bilmərik.



Vəkil A.Tanrıverdi:



-250 min manat ödəniləndən sonra nə oldu?



Ş.İsmayılov:



-Həsən müəllim telefonlarıma cavab vermirdi. Ramazan Səlimov harasa şikayət vermişdi.



Vəkli A.Tanrıverdi:



-Ramazan Səlimov, siz Həsən Əliyevlə bağlı harasa şikayət vermişdinizmi?



R.Səlimov:



-Yox. MTN-ə dəvət etdilər. Məndən əvvəl Elman da orada olub. Rüstəm Usubov zəng vurub çağırtdırdı. Cavid Quliyev (Nərimanov rayon prokurorunun sabiq müavini-red.) işi göndərib Bakı şəhər Prokurorluğuna.



Ş.İsmayılov:



-Şikayət olunanda elə bildim Ramazan edib.



Vəkil A.Tanrıverdi:



-Həsən müəllim, məsələ həll olundumu? Sonra nə oldu?



Sabiq hakim H.Əliyev:



-Zənglər, şantajlar gəlirdi. Bölmə rəisinin göstərişi əsasında pul tələb edirdilər. Aqibətimin Gülər Əhmədova kimi olacağını deyirdilər. MTN-ə şikayət edənə qədər pul almaqda davam edirdilər. MTN-ə şikayət edəndən sonra hamısı qorxdu.



Vəkil S.Rəsulov şahiddən istintaqa verdiyi ifadəsini təsdiq edib-etmədiyini soruşdu. Şahid ifadəsini təsdiq etdiyini bildirdi.



Vəkil S.Rəsulov:



-Siz özünüz dediniz ki, Həsən müəllim bölmədə deyib pul alsam da, almasam da qaytarmalıyam.



Ş.İsmayılov:



-Həsən müəllim çox söz dedi. Rəis mesajları göstərdi ona.



Vəkil S.Rəsulov:



-Ramazan Səlimovu bölməyə kim çağırdı?



Ş.İsmayılov:



-Rəisin otağında görmüşəm. Mən çağırmamışam.



Vəkil S.Rəsulov:



-Ramazan izahatında göstərib ki, pulları bağda Elmana göstərdim. Niyə çağırıb Elmanın izahatını almamısınız?



Ş.İsmayılov:



-Həmin vaxt Elman bu söhbətdə yox idi.



Vəkil S.Rəsulov:



-Ramazan nə qədər pul göstərdiyini dedi?



Ş.İsmayılov:



-Məbləğ yadımda deyil. Böyük çantada göstərdiyini dedi.



Vəkil:



-Pulun mənbəyi ilə bağlı nəsə dedi?



Ş.İsmayılov:



-Yox, deyirdi bağım var, atam vəzifələrdə işləyib.



Vəkil:



-Ramazanın həyat yoldaşı Tariyel Haqverdiyevə nə qədər pul qaytarıb?



Ş.İsmayılov:



-Həmin iş haqqında məlumatım yoxdur.



Vəkil:



-Necə məlumatınız yoxdur? Həmin iş sizin icraatınızda olub və cinayət işinin başlanılmasının rədd olunması barədə qərarı siz qəbul etmisiniz. Hətta Tariyel müəllim dedi ki, bu pulu ona şəxsən siz qaytarmısınız.



Ş.İsmayılov:



-Belə şey olmayıb.



Daha sonra sabiq hakim H.Əliyev şahidə suallar ünvanladı.



H.Əliyev:



-Qüdrət Yəhyayevi tanıyırdınız? Onun Ramazandan şikayətçi olduğunu bilirdinizmi? Bununla bağlı ərizə vermişdimi?



Ş.İsmayılov:



-Tanıyıram. Yox, ərizə verməmişdi. Ramazandan şikayətçi olduğunu bilmirdim.



H.Əliyev:



-Prokuror köməkçisi Samir Məmmədov burada ifadə verdi ki, gün ərzində qeydə alınan hadisələrlə bağlı ona məruzə edilib. Amma bu məsələ ilə bağlı ona ümumiyyətlə heç nə deyilməyib. Siz hər gün prokurorluğa məruzə edirdinizmi? Orada qayda necə idi?



Şahid Ş.İsmayılov:



-Xeyr. Bizdən istəyəndə vermişik. Nəsə lazım olanda sorğu göndərirdilər.



Vəkil S.Rəsulov:



-Həsən müəllim bölmədə olanda Hikmət Usubov rayon prokuroru Fikrət Mahmudova zəng vurubmu?



Şahid:



-Dəqiq xatırlamıram. Rəis hər dəqiqə telefonla danışır.



“Bu məsələyə polis bölməsində ideya verilib”



Sabiq hakim H.Əliyev Nərimanov rayon prokurorunun köməkçisi Samir Məmmədovun təkrar məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırdı. Prokuror vəsatətə etirazını bildirdi. Vəsatət baxılmamış saxlanıldı.



Sonra şahidə çarpaz suallar verildi.



Vəkil S.Rəsulov:



-Ramazan Səlimov, aprelin 10-da şöbəyə gedəndə Həsən müəllim orada idi?



Vəkil İ.Cavadova suala etirazını bildirdi. Bunu zərərçəkənin tarixləri xatırlamaması ilə əsaslandırdı.



Vəkil S.Rəsulov:



-Ramazan Səlimov ifadəsində deyib ki, may ayının sonunda onu bölməyə dəvət ediblər. Şövqi, Məhərrəm, həyat yoldaşı və o rəisini otağına qalxıblar. Elman da orada olub. Elman ona deyib ki, sənin pullarını mən verəcəyəm və orada Ramazana 100 min manat pul verib. Rəis də deyib ki, gedin bölmədən kənarda sayın. Elman da bunu təsdiq edir, Ramazan da. Amma siz deyirsiniz ki, pulun verilməsində iştirak etməmisiniz.



Ş.İsmayılov isə pulun alınıb-verilməsində iştirak etmədiyini dedi.



R.Səlimov:



-Bölmədə Həsən müəllim qoluma girdi, dedi gedək başqa yerdə danışaq, polissiz həll edək. Dedim daha gecdir.



Hakim M.Məmmədov:



-Pulun qaytarılmasından, ziyanın ödənilməsindən xəbəriniz olub?



Ş.İsmayılov:



-250 min manatın qaytarılmasını bilmişəm, amma iştirak etməmişəm.



H.Əliyev:



-1000 manat əskik gəlmişdi. Bəs kim zəng vurub dedi ki, gətir?



E.Məmmədov yerindən replika verdi:



-Məhərrəm zəng vurub dedi. Pul 69 min manat idi, zəng vurub dedi ki, gətir. Hər şey gün kimi ortadır. Hər şey məlumdur.



H.Əliyev:



-Bu məsələyə 16-cı polis bölməsində ideya verilib. Ramazan bunları düzüb qoşa bilməzdi. Hətta eşitdiyimə görə, deyib ki, mənə 50 min manat verin, özünüz nə istəyirsiniz edin.



Vəkil S.Rəsulov:



-Həsən müəllimin pulu qaytarıb-qaytarmamasında nə marağınız vardı?



Ş.İsmayılov:



-Heç bir marağım olmayıb.



E.Məmmədov yerindən yenə də replika verdi:



-Səni bu günə qoyan Hikmətdir.



Vəkil İ.Cavadova:



-Niyə burada Hikmətə demədin? Qorxdun?



E.Məmmədov:



-Sən qorxarsan, mən yox.



İ.Cavadova:



-Mən heç kimdən qorxmuram. Hər dəfə mənə hədə-qorxu gəlirsiniz. Məqsədiniz nədir? Adamlarınız var türmədə?



Hakim vəkil İ.Cavadova ilə E.Məmmədov arasında yaranmış mübahisəni sakitləşdirdi.



H.Əliyev:



-İlk dəfə Ramazan sizin yanınıza nə vaxt gəlib?



Ş.İsmayılov:



-Tariyelin işi ilə bağlı gələndə dedi ki, öz ərizəm var. Bu, mənim üçün qurma işdir.



H.Əliyev:



-Onsuz da həqiqətdən o yana heç nə yoxdur. Başa düşürəm, rəisinin adını qohumuna görə çəkə bilmirsən. İzahatınızda Ramazanı 25 mart, 2013-cü il tarixdə 16-cı polis bölməsində qəbul edən günədək tanımadığınızı və heç vaxt görmədiyinizi göstərmisiniz. Sonrakı izahatınızda isə Ramazanın bölməyə Tariyel Haqverdiyevin şikayəti əsasında gətirildiyini göstərmisiniz. Bu ziddiyyəti nə ilə izah edərsiniz?



Ş.İsmayılov:



-Ola bilsin nəsə səhv olub.



Vəkil İ.Cavadova:



-Siz şahidə təzyiq edirsiniz.



H.Əliyev:



-Mənim nə təzyiq hüququm qalıb? Təqsirləndirilən şəxs təzyiq edə bilər? Ramazanın 25 mart, 2013-cü il tarixdə qeydə alınan ərizəsində 600 min manat sözünün 3 rəqəmi pozularaq 6 rəqəmi ilə əvəz edilib, mötərizədə isə 300 mim manat sözü olduğu kimi qalıb. Bu pozuntu və əvəzedilməni nə ilə izah edərdiniz?



Ş.İsmayılov:



-Yox, 600 min manat idi.



Vəkil S.Rəsulov:



-Əvvəl 300 olub, sonra fikirlərini dəyişiblər. İzahatlarda və mesajlarda adı keçən mötəbər şəxs kim imiş?



H.Əliyev:



-Martın 25-də Ramazan izahatında göstərib ki, Həsən müəllim pulumu verməsə, mötəbər adamların adlarını açıqlayacam. Bu barədə nə deyə bilərsiniz?



Ş.İsmayılov:



-Sonra o şəxsin adı çıxarıldı.



Vəkil S.Rəsulov:



-Bölmə adı görəndən sonra izahat dəyişib.



Hakim M.Məmmədov:



-Orada kiminsə adı çəkilib?



Vəkil İ.Cavadova:



-İşin içərisində var SMS-lər. Əvvəl Ramazan ad çəkib, sonra çıxarılıb.



H.Əliyev:



-Ramazan respublikada hamının adını çəkib.



Vəkil İ.Cavadova:



-Sizə görə tanıyıb hamısını.



H.Əliyev:



-Ramazanın guya mənə pul verdiyi yer “Samsunq” mağazasının qabağı göstərilir, eyni zamanda Ayna Sultanova heykəlinin yaxınlığı qeyd olunur. Ünvan Atatürk, 40 göstərilir izahatda. Nə üçün Ayna Sultanova heykəlini vurğulayırsınız? Dəqiq hansını nəzərdə tutursunuz?



Ş.İsmayılov:



-Atatürk, 40 ünvanı. Texniki səhv olub yəqin.



“Bu ölkə cəngəllik deyil”



H.Əliyev:



-Bu məqsədli şəkildə olub. Hikmət Usubov Biləsuvarda da hadisə olanda 16-cı polis bölməsi qoyur adını. Sənin hakim barədə araşdırma aparmaq hüququn var idimi?



Ş.İsmayılov:



-Yox, əvvəl bilmirdim. Elə bilirdim araşdırma apara bilərəm. Sonra işə xitam verdim.



H.Əliyev:



-Öz təşəbbüsünlə etdin? Yoxsa kimsə göstəriş verdi?



Ş.İsmayılov:



-Mənə heç kim göstəriş verməyib.



H.Əliyev:



-Kimə məruzə etdin? Rəisə, yoxsa prokurora?



Ş.İsmayılov:



-Rəis özü demişdi.



H.Əliyev:



-Bu ölkənin prezidenti var. Bura cəngəllik deyil. Ramazan yanınıza 7 martda gəlmişdisə, niyə Tariyelin ərizəsini 13-də qeydə almısınız? Tarixlərdə də pozuntu var.



Ş.İsmayılov:



-Nə vaxt müraciət edib, o vaxt da qeydiyyata almışıq.



H.Əliyev:



-Siz mənimlə görüşlərinizdə və telefon danışığınızda dəfələrlə bildirmisiniz ki, bu bölmə adi bölmə deyil, buranın rəisi də adi adam deyil. Demisiniz baxmayaraq ki, Hikmət Usubov bölmə rəisi işləyir, faktiki rayonun bütün hesab-kitabı ondan soruşulur, prokuror onunla hesablaşır. Demisiniz ağıllı ol, dediklərimizi həll et, yoxsa hər şey başqa cür olar və s. Bununla nə demək istəyirdiniz?



Ş.İsmayılov:



-Mən sizə belə bir söz deyə bilməzdim.



H.Əliyev:



-Ramazan istintaqa verdiyi ifadəsində məndən aldığı pullardan 50 min manatını sizin zəhmətiniz kimi qiymətləndirərək əməliyyatçı Məhərrəm Həsənova verib. Bu barədə nə deyə bilərsiniz?



Ş.İsmayılov:



-Bilmirəm. Belə bir şey olmayıb.



H.Əliyev:



-Demək, Ramazan sizə şər atır? Yoxsa müstəntiq səhv yazıb?



Vəkil İ.Cavadova:



-Belə deyil, elə yazılmayıb.



Vəkil S.Rəsulov:



-Ramazan yalan deyir, yoxsa müstəntiq?



R.Səlimov:



-Müstəntiq Ramin Qurbanovu məhkəməyə verəcəyəm.



“Dedi ki, bir qəpik də verməyəcəm”



Növbəti şahid qismində Nərimanov RPİ 16-cı polis bölməsinin əməliyyat müvəkkili Məhərrəm Həsənov sərbəst ifadə verdi.





İstintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyən şahid təhqiqatçı Şövqi İsmayılovun tapşırığı əsasında Ramazan Səlimovun yaşadığı evə getdiyini və onu bölməyə çağırdığını göstərdi:



-Ramazana Tariyelin onun barəsində şikayətçi olduğunu dedim. Dedi ki, Tariyellə heç bir alıb-verəcəyim yoxdur. Telefonla kiminləsə danışırdı, sonra telefonu mənə verdi. Həsən müəllim telefonda mənə dedi ki, Ramazanla işiniz olmasın. Gəldik bölməyə. Biz ora çatanda Ramazanın yoldaşı ilə qızı da gəlmişdi. Ramazan mətnlə tanış olanda dedi ki, bu, Həsən Əliyevin qurmasıdır, məndən pul alıblar, indi isə belə torba tikiblər. Sonradan Həsən müəllim bölməyə gəldi. Dedi ki, mənə 10-15 gün vaxt verin. Şövqi deyirdi ki, Həsən müəllimin məsələsi ilə Elman Məmmədov məşğul olacaq. 250 min manat qaytarılandan sonra Həsən müəllim dedi ki, Ramazana de əlindən gələni beş qaba çəksin, bir qəpik də verməyəcəyəm. Sonradan eşitdim ki, Baş Prokurorluğa ərizə yazıblar. Ramazanın yoldaşı da deyirdi ki, mətbuata çıxacam.



Daha sonra şahid tərəflərin suallarını cavablandırdı.



Dövlət ittihamçısı:



-Bölmədə Həsən Əliyevə qarşı təzyiq olubmu?



M.Həsənov:



-Xeyr. Həsən müəllimin toxunulmazlığı vardı, hörmətli şəxs idi. Biz ona necə təzyiq edə bilərdik?



Dövlət ittihamçısı:



-İlkin məbləğ barədə hansı söhbət gedirdi?



M.Həsənov:



-600 min manat. Əvvəl dedi ki, almamışam. Sonra rəis mesajları göstərdi. Hətta soruşdu ki, bəlkə kiməsə vermisən, ala bilmirsən?



Dövlət ittihamçısı:



-Bölmə rəisinin otağında pulun alınıb-verilməsini görmüsünüzmü?



M.Həsənov:



-Birinci 100 min manat gətirilmişdi. Amma bölmədə verilməyib, mən görməmişəm.



R.Səlimov:



-Mətbuatda yazıblar ki, məni residivist kimi tutub gətiriblər polisə. Belə bir şey olubmu?



M.Həsənov:



-Xeyr, belə şey olmayıb. Dəvət etmişik, gəlib.



Vəkil S.Rəsulov şahidin ifadələrində ziddiyyət olduğunu məhkəmənin nəzərinə çatdırdı.



H.Əliyev:



-Deyirdiniz ki, Gülər Əhmədova yalan olacaq, sizi də onun televizorda göstərəcəklər. Şantaj edirdiniz məni?



M.Həsənov:



-O, şantaj deyildi.



H.Əliyev:



-Bunun hamısı sizin bölmədə qurulub. 50 min manatdan sizə şirinlik verilibmi?



M.Həsənov:



-Belə bir şey olmayıb.



H.Əliyev:



-O pullar yarı bölünürdü. Ərizə ilə neçə gün məşğul oldunuz?



M.Həsənov:



-Birinci dəfə Mərdəkana getdim. İki-üç günə müəyyən etdik...



Bununla da proses yekunlaşdı. Məhkəmə prosesi yanvarın 19-da davam etdiriləcək. Növbəti prosesdə iş üzrə adları keçən “Azərsu” ASC-nin əməkdaşları şahid qismində dindiriləcəklər.



Qeyd edək ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.



Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.



Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.


Teqlər:
Bu xəbər cəmi 1395 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR