"DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinindir. O, bir pillə geriləyərək 7-ci yerdədir.
Rəqiblərimizdən Rusiya yığması yerini qoruyaraq 10-cu yerdədir. İsrail 8 pillə geriləyərək 74-cü, Şimali İrlandiya 5 pillə irəliləyərək 367 xalla 97-cidir.
İlk üçlükdə İspaniya, Almaniya və Argentinanın milli yığmalarıdır.
Xatırladaq ki, 13-14 il əvvəl də futbol üzrə milli yığma komandamız FİFA-nın reytinqə cədvəlində məhz ikinci yüzlüyün ilk iyirmiliyində qərarlaşmış, uzun müddət 114-cü sırada olmuşdu. Uzun illərdən sonra hələ ondan iki pillə geridə olmaq idman şərhçiləri demişkən, "gerçəkdən də idmana dövlət qayğısını bariz nümunəsi" sayıla bilər.