Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda Dominos Pizza restoranı açıldı – Azərbaycanda ilk

Bakıda Dominos Pizza restoranı açıldı – Azərbaycanda ilk
Azərbaycanda ilk dəfə Bakıda Dominos Pizza dünya şöhrətli restoran şəbəkəsi açıldı.


Restoranın özünəməxsus dizaynı sayəsində müştərilər pizzanın peşəkar ustalar tərəfindən hazırlanması prosesini izləyə biləcəklər.  “Biz Azərbaycanda eksklüziv françayzinq Dominos Pizzanı təmsil etməyimizlə fəxr edirik. İlk restoranımız N.Nərimanov heykəlinin yaxınlığında yerləşir və burada qonaqlarımızı qəbul etməkdən sevinc duyuruq”, - bu sözləri Azərbaycanda Dominos Pizzanın təmsilçisi cənab Ahadpur deyib. 



O qeyd edib ki, şirkətin məqsədi müştərilərə münasib qiymətə isti və dadlı pizza təklif etməkdir.



Cənab Ahadpur bir çox dünya şöhrətli şirkətlərin Azərbaycanda təmsilçiliklərinin inkişafını və populyarlığını dəstəkləyən iş adamlarındandır.



İlk dəfə 1960-cı ildə Miçiqanda (ABŞ) əsası qoyulan Dominos Pizza şəbəkəsinin dünyanın 75 ölkəsində 10 mindən çox restoranı fəaliyyət göstərir.



Dominos öz müştərilərinə “Klassik”, “Sevimli” və “Xüsusi pizza”  kateqoriyalarına aid müxtəlif növ pizzalardan ibarət  tam menyu təqdim edir. 



Restoranda qonaqlar həm də un məmulatlarının (parmesan  çörəyi , sosiska ilə çörək, sarımsaq souslu ilə  pendirli  çörək növləri), toyuq qanadlarının, toyuq tikələrinin, qizardilmish kartof dilimlərinin, salatların, şokoladlı desertlərin, darçınlı çubuqların və şokoladlı peçenyelərin, həmçinin Milla dondurmalarının və Coca-Cola məhsullarının dadına baxa bilərlər. 



Burada həm də hazırlanan pizzanın xəmirini də seçmək mümkündür. Restoran öz müştərilərinə beş növ pizza xəmirini - klassik, incə, incəcik, dupleks (çedder və motsarella pendirli), həmçinin  bol pendirli kənar içlikli  xəmir növlərini təqdim edir.



Dominosun Türkiyədəki baş direktoru Aslan Saranqinin sözlərinə görə, şirkət Azərbaycanda şəbəkənin ilk restoranının açılmasından məmnundur və Türkiyədə olduğu kimi, burada da Domino’sun məhsullarının müştərilər tərəfindən tələbatla qarşılanacağına əmindir. Artıq uzun müddətdir ki, Türkiyədə şirkət ölkənin hər yerində fəaliyyət göstərən 435 restorandan öz məhsullarını sifarişlə pulsuz çatdırır. 



Bakıda ilk Dominos Pizza restoranı M.Müşfiq küçəsi, 9A, N.Nərimanov heykəlinin yanında  yerləşir.  Müştərilər www.dominospizza.az saytına daxil olmaqla və ya telefonla *6600 nömrəsini yığmaqla pulsuz sifariş edə bilərlər. 



Dominos Pizza pizzanın hazırlanması və çatdırılması sahəsində dünya liderlərindəndir. 



Təkcə 2014-cü ilin ilk rübündə Dominos Pizzanın pərakəndə satışı 2 mlrd. dollar (ABŞ üzrə 900 mln., ümumdünya bazarında 1,1 mln. dollar) təşkil edib. 2013-cü ildə şirkətin pərakəndə satışı 8 mlrd. dollar (təxminən 3,8 mlrd. ABŞ-da və 4,2 mlrd.dan çox ümumdünya bazarında) təşkil edib. 



Dominos Pizza operator şirkətlərə franşiza təqdim etməklə fəaliyyət göstərir. Yeni texnologiyaların tətbiqi sayəsində Dominos 2013-cü ildə ABŞ-da satışın 40 faizini onlayn-xidmət hesabına tuta bilib, həmçinin illik 3 mlrd. satışla qlobal miqyaslı onlayn-satış səviyyəsinə çatıb. 



Bu yaxınlarda Dominos onlayn-sifarişlərin iPad üçün xüsusi mobil proqramını da istifadəyə verib. Bu proqram ABŞ-da smartfon bazarının 95 faizini əhatə edən mövcud mobil yükləmələrə əlavə edilib. Hazırda şirkət mobil proqramlara menyunun da əlavə olunması üzərində işləyir.


Teqlər:
Bu xəbər cəmi 1160 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR