E.Axundovanın bu təklifi onun həmkarları arasında birmənalı qarşılanmadı. Kimi onun bu təklifini müsbət qarşıladısa, bəziləri küçə təmizləməyi vəzifələrinə yaraşdırmadılar.
Deputat Fəzail Ağamalı AzVision.az-a açıqlamasında bu təkliflə razılaşmayıb. Bildirib ki, səviyyəsiz adamların eyvandan atdığı kağız parçalarını, politilen torbaların millət vəkillərinin , nazirlərin təmizləməsi başa düşülən deyil.
Nazirlərin küçə təmizləməsinin formal xarakter daşıdığını deyən deputatın sözlərinə görə, Avropada bütün küçələr tamamilə təmizdir.
“Avropalı konqresmenlər, nazilər bunu hansı məqsədlə edirlər, onu bilmirəm. Orada bütün strukturlar normal şəkildə işləyirlər. Odur ki, nazirlərin küçə təmizləməsi formal xarakter daşıyır. Qaldı ki, Azərbaycanın şəhərlərinə lazımı strukturlar imkan daxilində təmizliklə məşğul olurlar. Bakı təbii cəhətdən çirkliliyə meyilli olan şəhər olmasına baxmayaraq təmizdir. Parkları təmiz saxlanılır. Ayrı-ayrı strukturlar insanların istirahət etdiyi yerlərin təmizliyinə riayət edilər. Bakının yolları da səhər-səhər yuyulur. Biz yuxuda olanda müvafiq strukturlar bu funksiyanı yerinə yetirirlər. Ayrı-ayrı səviyyəsiz adamların eyvandan atdığı kağız parçalarını, politilen torbaların millət vəkillərinin , nazirlərin təmizləməsini başa düşə bilmirəm”-deyə Fəzail Ağamalı bildirib.