Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

MSK Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin nəticələrini təsdiqləyib

MSK Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin nəticələrini təsdiqləyib
Bələdiyyə seçkilərində yol verdiyi nöqsanlara görə 3 dairə və 5 məntəqə seçki komissiyası buraxılıb


 Bu gün Mərkəzi Seçki Komissiyası 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.



 



APA-nın məlumatına görə, MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsi barədə MSK katibi Arifə Muxtarova məlumat verib.



 



Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 8 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 43 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb. Sənəddə yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyalarının buraxılması da əksini tapıb. Eyni zamanda 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə 15 saylı məntəqə seçki komissiyası, 15 saylı Yasamal Birinci Seçki Dairəsi üzrə 12 saylı məntəqə seçki komissiyası, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə 37 saylı məntəqə seçki komissiyası, 71 saylı Masallı Seçki Dairəsi üzrə 4 saylı məntəqə seçki komissiyası və 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə 42 saylı məntəqə seçki komissiyası buraxılıb.



 



MSK katibi Mikayıl Rəhimov bələdiyyə seçkilərinin nəticələrinin etibarlı sayılmasını təklif edib. O, şikayətlərin 50 faizinin adiyyəti üzrə ünvanlanmadığını bildirib, maarifləndirmə işlərinin aparılmasını zəruri sayıb.



 



MSK üzvü Akif Qurbanov seçkinin nəticələrinin ləğv edilməsini təklif edib.



 



MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı 2 nəfər əleyhinə, 15 nəfər lehinə olmaqla qəbul edilib. Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.


Teqlər:
Bu xəbər cəmi 810 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR