Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Jurnalistlər Mobil Media sahəsində biliklərini artırdı

Jurnalistlər Mobil Media sahəsində biliklərini artırdı
Fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələri yaradan Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC yanvarın 8-9-da media nümayəndələri üçün növbəti peşəkar təlim təşkil etdi.


Çap və internet mediası, həmçinin elektron KİV nümayəndələrinin iştirak ilə keçən təlim Mobil Media sahəsində jurnalistlərin biliklərinin artırılmasına yönəlmişdi. Təlimlərdə təlimçi qismində Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meyson iştirak edirdi. Den Meyson rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssisdi. O, Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində təlimlər keçib. Den Meyson 25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə, jurnallarda fəaliyyət göstərib.  



Azercell-in təlim etdiyi bu dəfəki təlimdə Den Meyson iştirakçılara Google – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edib. 2 gün ərzində iştirakçılar saytların işlənib hazırlanması veb-sayt və bloqa nəzarət, foto şəkillərin çəkilməsi və redaktə edilməsi və bir sıra yeni bilgilər əldə ediblər.



Təlimin sonunda Azercell tərəfindən jurnalistlərə sertifikat təqdim olunub.Xatırladaq ki, indiyə qədər jurnalistlər üçün Azercell tərəfindən çoxsaylı təlimlər keçirilib. Regional jurnalistlər üçün ilk təlim də Azercell tərəfindən təşkil olunub. Təlimlərlə yanaşı Azercell jurnalistlərin hərtərəfli inkişafı üçün müxtəllif layihələr həyata keçirir. Artıq 6 ildir ki, jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün ingilis dili kursları təşkil olunmaqdadır. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlamışdır. Hazırda Azercell-in təklifləri sırasında Mediacell ən populyar paketlərdən biridir. 



 



Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam etməkdədir. 


Teqlər:
Bu xəbər cəmi 830 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR