Axar.az-a açıqlama verən “Azəriqaz” ASC-nin mətbuat xidmətinin nümayəndəsi İbrahim Kərbalayev qeyd edib ki, bununla əlaqədar mənzillərdə qaz borularına baxış hər fəsil olduğu kimi qışda da davam etdirilir:
“Hər fəsildə olduğu kimi, indi də mənzillərə baxış davam etdirilir. Qış aylarında dəm qazından boğulma halları artdığından, vətəndaşlardan indi daha ehtiyatlı olmaq məsləhət olunur. Qurumun vətəndaşlara tövsiyəsi var ki, qış aylarında təbii qaza olan tələbat daha da artdığından, qazdan istifadə zamanı diqqətli olsunlar. Təhlükəsizlik qaydalarına riayət etsinlər. Mənzillərdə aparılan yoxlamalar da məhz bu məqsədlədir. Vətəndaşlardan xahiş olunur, yoxlanış üçün mənzillərinə gələn idarə işçilərinə problem yaratmasınlar. Bütün bu addımlar vətəndaşların təhlükəsizliyi üçündür. Mənzillərdə hansısa qaz sızması baş versə, partlayış və ya boğulma halları ola bilər. Biz bunların qarşısını almaq məqsədilə qışda daha intensiv olaraq yoxlamalar təşkil edirik”.
İ.Kərbalayev soyuq havalarda qazın verilməsində məhdudiyyətlər olmayacağını bildirib:
“Təbi qazın məhdudlaşdırılmaması üçün şaxtalar düşməmişdən əvvəl önləyici tədbirlər gördük. “Azəriqaz” qışa tam hazır vəziyyətdədir. Yol çəkilməsi, inşaat işlərinin aparılması səbəbindən məhdudiyyətlər ola bilər. Ancaq çalışacağıq ki, bu şaxtalı havalara təsadüf etməsin”.