Həmin dəyişikliyə əsasən, illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi vergidən azad edilib. Qalan dividentlərdən isə 10 faiz həddində vergi tutulacaq.
1.1. 102.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.22-ci maddə əlavə edilsin:
“102.1.22. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi”;
1.2. 123.1-ci maddədə “əldə edilmişdirsə,” sözlərindən sonra “bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla” sözləri əlavə edilsin.