Yenimeydan.info-nun ANS-Press-ə istinadən verdiyi xəbərə əsasən, hadisə Qax Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Ağayeva Qızbəs səhər saatlarında doğuş zamanı dünyasını dəyişib. 7 aylıq körpənin isə həyatını xilas etmək mümkün olmayıb. Körpə qız uşağı olub və bu qadının 3-cü hamiləliyi olub.
Doğuş təbii yolla həyata keçirilib.
İlkin məlumata görə, doğum zamanı ölümün baş verməsinə tromblaşma səbəb olub
Qeyd edək ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.