Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilmiş, o cümlədən mərhumun ailə üzvləri və digər yaxın qohumları şahid qismində dindirilib.
İlkin ehtimallara görə K.Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olmuşdur. Lakin mərhumun intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində digər fərziyyələr ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.