Diplomatlar tez-tez xəbərdarlıq edirlər ki, bu donmuş münaqişə hər an alovlana bilər. Amma Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarda əhali sanki heç nə olmamış kimi sakit həyatlarını davam etdirirlər. Ermənistan hökuməti müxtəlif proqramlarla işal altında olan əraziləri məskunlaşdırmağa çalışır.
"Qafqazinfo" AzadlıqRadiosuna istinadən xəbər verir ki, radionun əməkdaşı Margot Buff ötən ay Qarabağa - işağl altında olan Azərbaycan torpaqlarına səfər edib. Onun gətirdiyi fotoları təqdim edirik. (2014-cü ilin martında çəkilmiş fotolar)
Fotolar Şuşa, Ağdam və Xankəndidə çəkilib.
İndi istifadə olunmayan və 19-cu əsrə aid olan Şuşa məscidi.
Xankəndi. Mart 2014.
Xankəndində bir suvenir dükanında satılan foto. Ov tüfəngi ilə silahlanmış nənə nəvəsi ilə.
Qarabağda erməni rejiminin özünə simvol seçdiyi "Nənə və baba" heykəli. Bu heykəl Xankəndi yaxınlığında 1967-ci ildə ucaldılıb.
Xankəndinin şimalında ərazinin minalardan təmizləndiyini göstərən işarə. Bu işarəni bir Britaniya təşkilatı həmin ərazidə quraşdırıb.
1993-cü ildə Ağdam işağl ediləndə şəhərin bütün əhalisi qovulub və şəhər erməni qüvvələri tərəfindən talan edilib.
1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Ağdam şəhəri büsbütün dağdılıb.
Viran edilmiş Ağdam şəhəri yaxınlığında azərbaycanlıların qədim qəbirstanlığı.
Şuşanın işğalından sonra bu şəhərdə tikilən Ghazanchetsots kilsəsi.
Şuşada qurulan Ghazanchetsots kilsəsinin qarşısında heykəl.
Şuşa. 2014