Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezidentliyə daha bir namizəd

Prezidentliyə daha bir namizəd
Hüquq müdafiəçisi, İctimai Palatanın üzvü Vidadi İsgəndərli prezidentliyə namizədliyini irəli sürüb. V.İsgəndərli deyib ki, əslində onun prezident olmaq fikri yoxdur. Məqsədi xalq hərəkatının təşkilinə dəstək verməkdir və seçkiyə lap az vaxt qalmış xalqın ən şanslı namizədinin xeyrinə geri çəkilməyə hazırdır.


Bu barədə “Yeni Müsavat”a danışan V.İsgəndərli bildirdi ki, ola bilsin siyasətdən olan dostları bunu düzgün anlamasınlar. Ancaq müxalifət liderlərinə dəstək olaraq namizədliyini irəli sürüb xalqla təmasları artırmaq niyyətindədir: “Məqsəd xalq hərəkatının başlamasına təkan verməkdir. Mən seçim arasında qalmışdım. Ya geri çəkilib susmalıydım, ya da namizədliyimi irəli sürüb yola davam etməliydim.



Çünki həbsdən sonra sərt çıxışlarıma görə hakimiyyət mənə və ailəmə qarşı mənəvi terrora başladı. Həyatımız təhlükədə idi və indinin özündə də təhlükə qalır. Mən xarici səfirliklərə müraciət etmişəm və ailəmi ölkədən çıxarıb Avropada siyasi sığınacaq almağa çalışıram. Özüm isə namizədliyimi irəli sürüb mübarizəni davam etdirəcəm".



V.İsgəndərli hesab edir ki, siyasi proseslərin gedişi zəifdir və meydanda yalnız gənclərdir: “Ancaq 5-10 min gənc hələ xalq demək deyil. Ölkədə 5 milyon seçici var və onları hərəkətə gətirmək lazımdır. İsa bəyin fikrincə, özünə inanan siyasətçi yerlərə gedib əhali ilə görüşməlidir.



Mənim fikirlərim İsa bəyin fikirlərinə yaxındır və xalqı hərəkətə gətirib seçkiyə qədər oyatmaq lazımdır. Xalq hərəkatı adı altında mübarizə başlanmalıdır. Xalqın dəstəyini qazanan lider vahid namizəd olmalıdır. Xalq hərəkatı olmasa heç vaxt seçki mühiti yaranmayacaq. Bunun üçün də regionlara getməliyik. Bu mənada namizədliyimi irəli sürüb əhali ilə ünsiyyət quracam".



V.İsgəndərli deyir ki, Əli Kərimlinin söylədiyi kimi, beynəlxalq dəstəyə bel bağlayıb gözləmək olmaz: “Odur ki, nüfuzu olan siyasətçilər namizədliyini versin və xalqı proseslərə qoşsunlar. Sonra vahid namizəd problemini həll edəcəyik. Tutaq ki, lap indi vahid namizəd oldu, seçki mühiti yoxdursa, bu nəyi dəyişəcək? Xalqı hərəkətə gətirmək lazımdır. Xalqın içinə girib onu hərəkətləndirməsən bu proses başlamayacaq.



Bu məqsədlə “Namus” xalq hərəkatı ideyası irəli sürmüşəm. Dostlarıma bəri başdan deyirəm birinci şəxs iddiasında deyiləm. Xalqın seçəcəyi namizədin legitimləşməsində yardımçı olmaq üçün namizədliyimi irəli sürmüşəm. Ancaq nədənsə müsavatçı və cəbhəçi dostlar namizədliyimə münasibət bildirmədi. Heç bir maddi və siyasi məqsəd güdmürəm. Bu yolda əziyyət çəkməyə gəlirəm. Fəaliyyətimi regionlarda əhali ilə görüşmək, insanların problemləri ilə maraqlanmaq istiqamətində quracağam. Sözsüz ki, seçkiyə qısa vaxt qalmış ən şanslı lider kim olsa, onun xeyrinə namizədliyimi geri götürəcəyəm".



Müsahibimiz onu da dedi ki, müxalifət özü-özü ilə birləşməli deyil, xalqla bir olmalıdır: “Mən müxalifətçi dostlardan ayrı olmayacağam. Sadəcə, yanımda jurnalistlərlə regionlara səfər edəcəm.



Onsuz da hakimiyyət 50-60 nəfərlə əyalətlərə getməyə imkan verməyəcək. Bir haşiyə çıxıb deyim ki, özümə və ailəmə repressiya etmək istəyənlər unutmasın ki, əlimdə təkzibolunmaz sübutlar var. Özünüzü yığışdırın və bu hədələrə son qoyun. Korrupsiyaya qarşı real mübarizə aparın. Balalarınıza deyin özlərini yığışdırsın. Bunu mən yox, prezident deyib".



V.İsgəndərli İctimai Palatanın prezidentliyə namizədliyini irəli sürən ikinci üzvüdür. Bundan əvvəl də Müsavat başqanı İsa Qəmbər namizədliyini rəsmən elan edib. İP-in Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal isə V.İsgəndərlinin namizədliyini irəli sürməsində heç bir problem görmür. Onun sözlərinə görə, bu addım İP-in reqlamentinə və nizamnaməsinə zidd hərəkət sayılmır.



V.Mirkamal qeyd etdi ki, İsgəndərli məramını açıqlayıb və əgər bu istiqamətdə ciddi işlərə başlansa, ona dəstək verməyə hazırdırlar: “Vidadi bəyin hərəkətində İctimai Palataya və Azərbaycan Konstitusiyasına zidd bir hal görmürəm. Ona bu yolda uğurlar arzulayıram və əgər fəaliyyətə başlasa, dəstək verməyə hazırıq”.


Teqlər:
Bu xəbər cəmi 1310 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR