“Mənimlə çalışan hər kəsə, bütün komandaya təşəkkür edirəm. Ümidvaram ki, ötən mövsüm də xanımlarımız üçün nələrsə edə bildik. Onları gözəl görmək məni çox sevindirir. Bir az dincəlməyə ehtiyacım var. Amma tamaşaçılarıma, xüsusilə xanımlara söz verirəm ki, onlar üçün daha da faydalı layihə ilə qayıdacağam. Hələ ki, layihənin necə olacağını açıqlamağa tələsmirəm. Bircə onu deyə bilərəm ki, yenə də güclü və peşəkar komanda, fərqli layihə ilə görüşünüzə gələcəyik”.