Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, dekabrın 31-dən yanvarın 5-dək ölkə ərazisində 60 yol qəzası qeydə alınıb. Baş verən qəzalar nəticəsində 23 nəfər ölüb, 84 nəfər yaralanıb.
Qəzaların əksəriyyəti sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verib.