Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rusiya üçün qorxulu proqnoz

Rusiya üçün qorxulu proqnoz
Ekspertlər: "Rusiya banklarında pul vəsaitləri getdikcə azalır"


Rusiya hökumətinin iqtisadiyyatın son 5 ildə ilk dəfə tənəzzül yaşadığını açıqlamasından sonra rus valyutasının məzənnəsi yenidən düşüb. Bu yaxınlarda Rusiya hökuməti bankları stabilləşdirmək və rublun dəyərini yüksəltmək üçün atacağı addımları açıqlayıb. Ekspertlər isə ölkə iqtisadiyyatının gələn il də tənəzzül yaşayacağını bildiriblər.



Anspress-in "Amerikanın səsi"nə istinadla verdiyi məlumata görə, Rusiyanın iqtisadi perspektivləri zəifləyib. Bu il Rusiya valyutası dəyərinin yarısını itirib, banklarda isə pul vəsaitləri azalır.



Karnegi Beynəlxalq Sülh Fondunun iqtisadçısı Uri Daduş situasiyanın daha da pisləşəcəyini deyib.

Gələn il Rusiyanı uçurum gözləyir. Orada ciddi tənəzzül olacaq. Hazırda isə orada nəhəng etimad böhranı yaşanır. Sərmayədarlar ölkədən 100 milyard dollardan çox pul çıxarıblar. Rublu sabitləşdirmək və bankları ayaqda saxlamaq üçün Moskva faiz dərəcələrini kəskin şəkildə artırıb və yaxın zamanda Rusiya banklarına 20 milyard dollar buraxacağını açıqlayıb. 



Baş nazirin müavini İqor Şuvalov deyib: “Bütün bu tədbirlər bizim sabit bank sektorumuzun yeni şərtlər altında daha da sabit olmasına yol açacaq və mümkün şoklara qarşı qoruyacaq”.



Ağ Evin iqtisadi müşaviri Ceyson Furman söyləyib ki, əlavə olaraq neftin qiymətinin kəskin şəkildə düşməsində və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsində də Rusiya özü günahkardır. Bu onların özlərinin səbəb olduğu ciddi iqtisadi vəziyyətdir və onların beynəlxalq qanunlara riayət etməmələrinin nəticəsidir.



Moskva ilə çox az ticari əlaqəsi olan ABŞ isə bu haldan zərər çəkmir. Lakin Rusiyanın Çin və Avropa kimi ticarət tərəfdaşlarının zərər çəkəcəyi gözlənilir. Rusiya sərhədinin 30 kilometr yaxınlığında yerləşən Lappinranta şəhərciyinə artıq turist gəlmir. Nəticədə şəhər rəsmiləri minə yaxın mağazanın bağlanacağını bildiriblər.



İqtisadçı Uri Daduş deyib ki, neft qiymətlərinin artmadığı və prezidentVladimir Putinin Krımla bağlı fikrinin dəyişmədiyi halda Rusiya iqtisadiyyatının bərpası illər alacaq: "Mən bunun Putinə təsir edəcəyini düşünmürəm. Əksinə, orta təbəqəli ruslar və bütövlükdə Rusiya iqtisadiyyatı uzun zaman əziyyət çəkəcək və iki-üç il sonra bir nöqtədə iqtisadiyyat yenidən sabitləşəcək”.



Rusiya xarici işlər naziri Sergey Lavrov böhranın uzun çəkməyəcəyini, Rusiya  iqtisadiyyatının bərpa olunacağını və əvvəlkindən daha güclü olacağını göstərdiyini vurğulayıb.


Teqlər:
Bu xəbər cəmi 1500 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR