D.Əsgərovun “vəkili” Erik Beqlaryan bildirib ki, əgər müvəkkili arzu edərsə, ilkin “məhkəmə” instansiyasının qərarından apelyasiya şikayəti verilə bilər. “Bu ana kimi heç nə həll olunmayıb. Mən Əsgərovla bu barədə danışmamışam. O, həmçinin, “prezident” Bako Saakyana əfv üçün müraciət eləmək hüququna malikdir. Yeni ildən sonra bütün bunlar barədə onunla söhbət edəcəyəm. Arzulayarsa, apelyasiya məhkəməsinə müraciət edəcyəik” – deyib “vəkil”.
Göründüyü kimi, erməni tərəfi “məhkəmə prosesi”nə və qondarma “DQR”ə legitimlik donu geydirmək üçün girovumuzu separatçı rejimin başçısının adına əfv ərizəsi yazdırmaq istəyirlər. Belə bir ərizənin yazılması həm də Dilqəmə qarşı irəli sürülən ağır ittihamın qəbul edilməsi demək olardı. Ermənilərin məkrli niyyətini yəqin ki, soydaşımız da başa düşür. Hətta belə bir ərizə yazılsa belə, onun cəzası ləğv edilməyəcək, uzağı Şahbaz kimi 22 ilə endiriləcək.
Musavat.com