Xatırladaq ki, E.Məcidli statusunda “Amerikada, Avropada xırda bir sosial dəyişiklik etmək üçün ən azı on il vaxt gedir. Bu işlərdə İlham Əliyevin rolu böyük olacaq. Bunu deməkdən qorxmaq lazım deyil, ən böyük tənqidçi olsan belə", - cümlələri ilə xeyli diqqət çəkmişdi.
E.Məcidlinin bu statusu E.Abdullayevin mövqeyi ilə bağlı sualları da artırdı: Sabiq rektor sözçüsünün bu fikirlərinə qatılırmı? Hakimiyyətlə apardığı savaşı yekunlaşdırdımı?
“Qafqazinfo” xəbər verir ki, musavat.com bu məsələ ilə bağlı E.Abdullayevə sual ünvanlayıb. ABU-nun sabiq rektoru sualla bağlı geniş cavab yollayıb və onu eyni anda sosial şəbəkədəki ünvanında da paylaşıb. Cavabın yalnız E.Məcidli ilə bağlı olan hissəsini yayımlayırıq:
“Mənim tanıdığım Elnur Məcidlinin bu bəyanatı başa düşüləsi deyildir. Bu, onun görünən siyasi fəaliyyəti və təfəkkür tərzi ilə daban-dabana ziddir. Biz saxta və qeyri-səmimi bəyanatları dəstəkləmirik. Sözün açığı, ölkə hüquqi böhran vəziyyətindədir. İnsan hüquqlarırının mühafizə olunması haqqında Avropa Konvensiyası və AR Konstitusiyası kobud şəkildə pozulmaqda davam edir. Rejimin cinayətlərindən zərəcəkmiş şəxslərin elementar hüququnu müdafiə etməyin dövlət təminatı yoxdur. Yaxşı deyirlər, dövlətcilik iki halda sarsılır: Birincisi, hec bir günahı olmayan adama cəza verildikdə. İkincisi, günahkara cəza vermək əvəzinə mükafatlandırılanda. Həm də KİV də acıq-aşkar cinayət xarakterli yalan məlumatlar yayıldıqda cəmiyyətdə dövlətçilik məfhumu yox olur. Qeyd etmək istəyirəm ki, Elnur Məcidlinin mənəvi haqqı yoxdur ki, İlham Əliyevi dəstəkləsin. Dəstəkləyirsə, bu işdə qaranlıq məqamlar vardır, onun kecdiyi həyat yolu buna gətirib cıxarırıbdır”.