Artımın 59,4 faizi hüquqi şəxslərdə yaranıb və bu müəssisələrdə əhaliyə 4,5 milyard manatlıq və ya 5,1 faiz çox pullu xidmətlər göstərilib.
Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 58,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.