Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazir prezidentin tapşırığı ilə ön cəbhədə - Fotolar

Nazir prezidentin tapşırığı ilə ön cəbhədə - Fotolar
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.


Müdafiə nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial məişət şəraiti ilə maraqlanıb, hərbi qulluqçuları bayramlar münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim ediblər.  Səfər zamanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilmiş və müasir avadanlıqlarla tam təchiz edilmiş hərbi hissələrin açılış mərasimləri keçirilib. Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilmiş hərbi hissələrin qərargahı, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxanalar, tibb məntəqəsi, qazanxana-camaşırxana-hamamxana kompleksi və digər obyektlər ilə tanış olublar.



Müdafiə naziri şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.



2014-cü ilin Silahlı Qüvvələr üçün uğurlu olduğunu qeyd edən nazir düşmənin bütün təxribatlarının qarşısının müvəffəqiyyətlə alındığını, cəbhədə tam üstünlüyün ordumuzun tərəfində, düşmənin isə panika və iflic vəziyyətində olduğunu, ermənilərin əsgər və zabitlərinin xidmətdən boyun qaçırdıqlarını qeyd edib. 



Ali Baş Komandan və Azərbaycan xalqının Silahlı Qüvvələr qarşısında tələbinin birmənalı olaraq işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsininin olduğunu xatırladan Müdafiə naziri 2015-ci ildə Ordunun bu vəzifənin yerinə yetirilməsi üçün daim döyüş hazırlığı vəziyyətində olmasının zəruriliyini vurğulayıb.



Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə şəxsi heyəti təbrik edən Müdafiə naziri gələcək xidmətlərində onlara uğurlar diləyib.



Sonra cəbhə bölgəsində yerləşən hərbi hissədə şəxsi heyətin daimi istiliklə təmin olunması məqsədilə ön xəttə yerləşən bölmələrə çəkilən təbii qaz xəttinə mavi yanacağın verilməsinin rəmzi olan məşəl alovlandırılıb və şəxsi heyətin iştirakı ilə uzun ömürlüyün simvolu olan çinar ağacı əkilib.



Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir yeni işə başlayan mülki işçilərlə görüşüb, onları dinləyib və müvafiq tapşırıqlarını verib.



Səfər zamanı Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hospitala baş çəkib, tibbi personalla görüşüb və müalicə olunan hərbi qulluqçulara bayram sovqatları təqdim edib. 



Müdafiə naziri yüksək döyüş hazırlığının, şəxsi heyətin vətənpərvərlik ruhunun, əzmkarlığının, nizam-intizamın möhkəmləndirilməsində və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əldə etdikləri nailiyyətlərə görə hərbi qulluqçulara təşəkkür edib, onları fəxri fərmanla mükafatlandırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya isə qısamüddətli məzuniyyət elan edib.





Teqlər:
Bu xəbər cəmi 1520 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR