“Yenimeydan.info” xəbər verir ki, sərnişinlərin modern.az-a verdiyi məlumata görə, bundan sonra qəribə hadisələr baş verib.Duman tamamilə çəkilsə də, təyyarə Tiflisdən Gəncəyə qayıtmağa imtina edib. Bu da 110 nəfər sərnişinin ciddi etirazına səbəb olub.THY faktiki olaraq sərnişinləri İstanbula göndərmir. İki gün ərzində səfərin bərpa olunacağına təminat verilmir.Sərnişinlər arasında belə ehtimallar səslənir ki, həmin təyyarəyə biletlər Tiflisdə təkrar satılıb.Hələlik THY əməkdasları heç nəyə zəmanət vermirler. Bele məlumat verilir ki, THY 110 nəfər ücün əlavə reys açmaq istəmir.Sərnisinlər arasında övladi İstanbul aeroportunda qalan, yas mərasiminə gedənlər də var. Çox gərgin vəziyyət yaranıb. Artıq isterika keçirən sərnişinlər də var.